Azərbaycanla Tatarıstan arasında iqtisadi tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə edilib

Azərbaycan və Rusiyanın Tatarıstan bölgəsi arasında ticarət, nəqliyyat-logistika, energetika, turizm, sənaye, innovasiyalar, KOB və humanitar sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanda səfərdə olan Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirilən görüşdə aparılıb.

Tərəflər Azərbaycan-Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri, sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Bakıda Azərbaycan ilə Tatarıstan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri M.Cabbarov, Tatarıstan tərəfindən isə O.Korobçenkodur.

İclasda Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin, o cümlədən Tatarıstanla bir çox sahələrdə möhkəm dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Vurğulanıb ki, iqtisadi-ticarət sahəsində əməkdaşlıq ikitərəfli tərəfdaşlıqda mühüm rol oynayır. Ticarət dövriyyəsinin artırılması üçün hər iki tərəfdə böyük potensial mövcuddur. Tərəfdaşlığın digər perspektivli sahəsi sənaye zonaları üzrə əməkdaşlıq, birgə istehsalın təşkilidir. Bundan başqa, incəsənət, təhsil sahələrində, o cümlədən, tələbə mübadiləsi istiqamətində perspektivlər böyükdür.

Qeyd edilib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri “ağıllı” şəhər və kəndlər konsepsiyası əsasında aparılır.

Bütün layihələr ən müasir texnologiya və standartlar əsasında həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan “yaşıl enerji” zonası elan edilib və bu ərazilərdə alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir.
Tatarıstan şirkətləri Azərbaycanın əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub. Tədbirdə təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına dair təqdimatlar olub.

İclasın sonunda Hökumətlərarası Komissiyasının yekunlarına dair Protokol imzalanıb.

Azərbaycanda səfərdə olan Tatarıstan nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına (AİZ) səfər edib, AİZ-də aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar. Səfər çərçivəsində Tatarıstan nümayəndə heyətinin İqtisadi Zonaların İnkişafı Agentliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) işgüzar görüşləri, həmçinin “Bakı KOB evi”nə səfəri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

End of content

No more pages to load

RADİO