Kirayə mənzil bazarında SON VƏZİYYƏT – Hansı ərazilərdə UCUZLAŞMA VAR?

Son vaxtlar ölkə mətbuatında Bakı şəhərinin kirayə mənzil bazarında təxminən 5 faizə qədər bahalaşmanın baş verdiyi qeyd olunur. Bunu da bir neçə amillə -  köhnə tikililərin sökülməsi, tələbələr və ölkəyə gələn turistlərin artması ilə əlaqələndirirlər. Artıq mərkəzə yaxın hissələrdə 400 manatdan ucuz birotaqlı ev tapmaq müşkülə çevirilib. 

Bəs, əsl vəziyyət necədir? 

Həmsöhbət olduğumuz daşınmaz əmlak agentlərinin (maklerlər) bəziləri həqiqətən də kirayə mənzil bazarında bahalaşmanın müşahidə olunduğunu söyləyirlər. Məsələn, Faiq adlı makler bizimlə söhbətində, hazırda paytaxtda kirayə mənzil qiymətlərində 5-10 faiz arasından bahalaşmanın olduğunu söylədi:

Bəzi yerlərdə 1 otaqlı mənzillərin kirayə qiyməti 350-450 manat arasında, elə ərazilər də var ki, 450-500 manat arasında dəyişir. 2 və ya 3 otaqlı mənzillər isə daha bahadır”. 

Bəzi agentlər isə heç bir qiymət artımının olmadığını, kirayə qiymətlərinin bir qədər ucuzlaşdığını bildirdilər və bunu tələbin azalması ilə əlaqələndirdilər. Belə ki, Şakir adlı rieltor qiymətlərin əraziyə görə dəyişdiyini diqqətə çatdırıb:

“Mərkəzdə və ona yaxın ərazilərdə 1 otaqlı mənzillər əvvəllər 500 manata təklif olunurdusa, hazırda 400-450 manata arasında dəyişir. 2 və 3 otaqlı mənzillərdə də eyni vəziyyətdir və tələbin çox olduğu payız ayları ilə müqayisədə yanvar-fevral aylarında 50-70 manat ucuzlaşma müşahidə olunur”.

“Bu ilin yanvar-fevral aylarında qiymətlər stabil qalıb”

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə Bizim.Media-ya açıqlamasında, bu ilin yanvar-fevral aylarında kirayə qiymətlərində bahalaşmanın müşahidə olunmadığını bildirib. 

Onun sözlərinə görə, ötən ilin sentyabr-okyabr aylarında baha qiymətə təqdim olunan bəzi mənzillərin də dəyərində enmələr müşahidə olunur:

“Hətta 1500 manata təklif olunan mənzillər də müəyyən qədər ucuzlaşıb. Bu gün əsas tələbat 700 manata qədər olan mənzillərlə bağlıdır”.

Qeyd edək ki, yayılan məlumatlarda bahalaşmanın əsasən Bakının Nəsimi və Səbail rayonlarının dənizkənarına yaxın ərazilərində müşahidə edildiyi bildirilir...

Müsahibimizin dediyinə görə, digər rayonlarla müqayisədə sözügedən ərazilərdə qiymətlər bir qədər baha ola bilər: 

“Təbii ki, mərkəz hissələr, əsasən də metroya yaxın ərazilərdə qiymətlər 20-25 faiz bahadır. Ancaq noyabr-dekabr aylarında 1000 manata təklif olunan mənzillərin yanvar-fevral aylarında 1200-1300 manata qalxması ilə bağlı fikirlərin səslənməsinin heç bir əsası yoxdur. Bir sözlə, paytaxtın bütün əraziləri üzrə heç bir bahalaşma olmayıb”. 

Söküntülərə görə tələbat bir qədər yüksəkdir

Adıçəkilən rayonlarda söküntü işlərinin başlandığını deyən R.Qasımzadə vurğulayıb ki, həmin ərazilərdən köçən əhali ona yaxın yerlərdə kirayə mənzil tutmaqda maraqlı olur: 

“Ola bilsin ki, məhz həmin ərazilər üzrə tələbat yaranıb. Paytaxtda belə ərazilər var. Nərimanov və digər metrostansiyalara yaxın ərazilərdə də tələbat yüksəkdir. Ola bilsin ki, oralarda 1 otaqlı mənzillərin dəyəri 400-450 manatdır. Ancaq bunu Nərimanov rayonunun bütün ərazilərinə aid etmək olmaz. “Montin” qəsəbəsində isə bu qiymətə mənzil tapmaq mümkün deyil. Hesab edirəm ki, qiymətlər bundan sonra da stabil qalacaq”

Müsahibimiz bildirdi ki, hazırda Bakı şəhərində köhnə tikili binalarda 1-3 otaqlı mənzillərin qiyməti yerləşmə ərazisinə görə dəyişir:

“Belə ki, 1 otaqlı mənzillərin orta qiyməti 300-350 manatdan başlayır və yerləşmə ərazisinə görə dəyişir. Metrolara yaxın yerlərdə isə 400-450 manatdır. Ancaq 2 otaqlılar 400-600 manat arasında dəyişir. 3 otaqlılar isə 500 manatdan başlayır və 800 manata qədər davam edir. Yeni tikili binalarda isə kirayə qiymətləri mənzillərin sahəsinə görə müəyyən olunur. Bir kvadrat metr sahənin qiyməti 8-12 manat aralığında dəyişir. Yəni, 60 kv.m-lik 1 və ya 2 otaqlı mənzilin aylıq kirayəsi təxminən 600 manatadır”. 

Həyət evlərinin kirayəsi 150 manatdan başlayır və...

Onun sözlərinə görə, fərdi yaşayış evlərinin kirayə dəyəri də şəraitindən asılı olaraq dəyişir: 

“Yəni 150 manatdan başlayır və 3000 manata qədər davam edir. 1500 manatdan yuxarı olan həyət evləri yüksək komfortlu və çox otaqlı olur. Üstəlik də şəhər yaxın ərazilərdə, məsələn Elmlər Akademiyası, Nərimanov və digər metrolara yaxın məhəllələrdə yerləşmələri qiymətlərə təsir edir. Ucuz həyət evləri isə əsasən, Keşlə və Montin qəsəbələrində, Yasamal rayonu ərazisində yerləşir və dəyəri 350 manatdan başlayır. Bunlar da bir otaqdan ibarətdir və həyətyanı sahəsi yoxdur. 

Eyni ərazilərdə 2-3 otaqlı həyət evlərini şəraitindən asılı olaraq 400-450 manata tapmaq olar. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, bu ilin ilk 2 ayı ərazində 10 faizə qədər bahalaşma olub. Bununla belə qiymətlərdə stabillik müşahidə olunur”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

Avtobuslar yanvarın 1-də saat neçəyədək fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Avtobuslar yanvarın 1-də saat neçəyədək fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Bakıda yataqxana binasında YANĞIN – YENİLƏNİB

Bakıda yataqxana binasında YANĞIN – YENİLƏNİB

Prezident Türkiyə ilə imzalanan tarixi Memorandumu TƏSDİQLƏDİ

Prezident Türkiyə ilə imzalanan tarixi Memorandumu TƏSDİQLƏDİ

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı – VİDEO

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı – VİDEO

Kaliforniyada güclü qasırğa: 101 min ev işıqsız qaldı

Kaliforniyada güclü qasırğa: 101 min ev işıqsız qaldı

Günel Səfərova: “Uşaqların süni intellektlə hazırlanmış foto və videolarını yaya bilirlər”

Günel Səfərova: “Uşaqların süni intellektlə hazırlanmış foto və videolarını yaya bilirlər”

Zelenskidən gözlənilməz ADDIM – Müharibəni bitirəcək qərar, yoxsa diplomatik OYUN?

Zelenskidən gözlənilməz ADDIM – Müharibəni bitirəcək qərar, yoxsa diplomatik OYUN?

Qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi

Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi

Sabiq nazirin dövlətə milyonlarla borcu var

Sabiq nazirin dövlətə milyonlarla borcu var

Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO

Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO

Təyyarə qəzasının ildönümü: Həlak olanların xatirəsi anıldı – FOTO

Təyyarə qəzasının ildönümü: Həlak olanların xatirəsi anıldı – FOTO

Narkotikin təsiri altında yük avtomobili idarə etdi – VİDEO

Narkotikin təsiri altında yük avtomobili idarə etdi – VİDEO

İki avtobusun toqquşması nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

İki avtobusun toqquşması nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

Təyyarə qəzasında xəsarət alanların həyatı necə xilas EDİLDİ? – Qazaxıstanlı həkimdən EKSKLÜZİV AÇIQLAMA

Təyyarə qəzasında xəsarət alanların həyatı necə xilas EDİLDİ? – Qazaxıstanlı həkimdən EKSKLÜZİV AÇIQLAMA

Ən çox təhsil krediti alan universitetlər - SİYAHI

Ən çox təhsil krediti alan universitetlər - SİYAHI

End of content

No more pages to load

RADİO