Bakının baş planının icrası 93,6 milyard manata BAŞA GƏLƏCƏK  

2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd edilib. 

Baş plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.

Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur. 


Qeyd edilib ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,1 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq. 

Planda o da əlavə edilib ki, mühəndis-kommunikasiya təminatı infrastrukturun yaxşılaşdırılması proqramı çərçivəsində bərpa olunan enerji təsərrüfatlarının tikintisi qismən özəl şirkətlərə həvalə edilə bilər. Lakin bu sahə gəlirlərin paylanılması baxımından dövlət nəzarəti altında qalmalıdır.

Əsaslı kapital qoyuluşunun sahələr üzrə bölgüsündə bərpa olunan enerji sahəsinin inkişafı üçün qoyulacaq sərmaye 50/50 nisbətində götürülüb.
Şəhərin fiziki inkişafına xüsusən özəl sektorun cəlb edilməsi təşviq edilməlidir. Lakin bununla yanaşı, yaşayış, ictimai-işgüzar və sənaye ərazilərinin inkişafı zamanı sosial və ətraf mühit aspektləri də nəzərə alınmalıdır və bu, ciddi dövlət nəzarəti tələb edir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Güləşçimiz Emin Cavadlı dünya üçüncüsü oldu

Güləşçimiz Emin Cavadlı dünya üçüncüsü oldu

Vəkil Elşad Məmmədovun hansı səbəbdən həbs edildiyi MƏLUM OLDU

Vəkil Elşad Məmmədovun hansı səbəbdən həbs edildiyi MƏLUM OLDU

İsveçrədə yanacaq kəskin BAHALAŞDI

İsveçrədə yanacaq kəskin BAHALAŞDI

Lavrov Britaniyanı Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakda İTTİHAM ETDİ

Lavrov Britaniyanı Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakda İTTİHAM ETDİ

Son əsərini yandırdı, 10 gün sonra dünyadan köçdü – Dahi yazarın müəmma dolu SON GÜNLƏRİ

Son əsərini yandırdı, 10 gün sonra dünyadan köçdü – Dahi yazarın müəmma dolu SON GÜNLƏRİ

İsrail İnfantinonu dəstəkləməkdən İMTİNA ETDİ

İsrail İnfantinonu dəstəkləməkdən İMTİNA ETDİ

Bu teatra Müslüm Maqomayevin adı veriləcək

Bu teatra Müslüm Maqomayevin adı veriləcək

Nazirliklər paytaxtın mərkəzindən köçürüləcək

Nazirliklər paytaxtın mərkəzindən köçürüləcək

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü – VİDEO

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü – VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənə ilə qeyd olundu – FOTO/VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənə ilə qeyd olundu – FOTO/VİDEO

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

İran və Ermənistan enerji mübadiləsini artırmağa hazırlaşır

İran və Ermənistan enerji mübadiləsini artırmağa hazırlaşır

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Tərtərdə VAZ qadın piyadaları vurdu - Biri yerindəcə, digəri xəstəxanada keçindi

Tərtərdə VAZ qadın piyadaları vurdu - Biri yerindəcə, digəri xəstəxanada keçindi

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

End of content

No more pages to load

RADİO