Benzin idxalı azalır, neft daşımaları artır... - İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yayın sonuncu ayı adətən özəl şirkətlərdə və hökumət qurumlarında kütləvi məzuniyyətlərlə müşayət edilir. Bu baxımdan da ayın ortasına təsadüf edən həftə ərzində enerji bazarlarında hər hansı nəzərəçarpacaq bir hadisə baş verməyib. Sadəcə, ötən ayla bağlı yeni, daha təfərrüatlı statistik məlumatlar açıqlanıb. Elə diqqətimizi də onların təhlilinə yönəldəcəyik. 

Qlobal bazarlar.

Dünya bazarlarında cari həftə enerji daşıyıcılarının qiymətlərinin stabilliyi ilə müşayət olundu. Qaz qiymətləri ötən həftə olduğu kimi indi də Avropada 400 dollardan baha qiymətə ticarət edildi: hərraclarda həftənin sonuncu müqaviləsi 423,8 dollar qiyməti ilə rəsmiləşdirildi, baxmayaraq ki, bazar ertəsi qazın 1000 kubmetri üçün qiyməti 400 dollara təklif edilmişdi.

Qaza tələbat həftə ərzində artsa da, onun qiymətlərinin əvvəlki həftə ilə müqayisədə bahalaçmamasının səbəbi isə Avropada “mavi yanacaq” ehtiyatlarının proqnoz göstəricilərindən daha çox yığımı ilə əlaqədar idi. Belə ki, Avropa İttifaqının (Aİ) qaz anbarında yığım avqustun 16-nın yekunlarına əsaən, 90% həddini aşa bildi. 

Bu həftə Avropanın Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) açıqladığı məlumatına görə, Avropa ölkələri öz yeraltı qaz anbarlarını avqustun 16-nın sonuna 90,12% doldura biliblər. Ümumilikdə, Aİ-nın 19 yeraltı qaz anbarına təxminən 99,5 milyard kubmetr qaz toplanıb. 

Yeraltı qaz anbarlarında ən yüksək yığım səviyyəsi hazırda İspaniya və Xorvatiyada müşahidə olunur (ehtiyat səviyyələri müvafiq olaraq 99,98% və 96,88%). Həmçinin ehtiyatlara görə liderlər arasında İsveç (95,29%), Slovakiya (93,49%), Çexiya (93,03%), Hollandiya (92,92%) və Polşa (92,89%) yer alıb. Almaniyada yeraltı qazn anbarları 91,79%, Portuqaliyada - 93,19%, İtaliyada - 90,62%, Avstriyada - 90,76%, Fransada - 84,04%, Belçikada - 87,85%, Macarıstanda isə 85,75% doldurulub.

Yeraltı qaz anbarlarında ən aşağı ehtiyat göstəricisi isə Latviyada qeydə alınıb - 77,33%.

Qeyd edək ki, ötən il Aİ-nin qaz anbarlarının pik həddə doldurulması noyabrın ortalarında əldə edilmişdi - 95,64%. Oktyabrın 7-də yeraltı qaz anbarlarında ehtiyatlar 90% həddinə çatmışdı.
Demək, cari ildə Avropanın payız-qış mövsümünə yanacaq ehtiyatı hazırlığı ötən illə müqayisədə daha yaxşıdır, baxmayaraq ki, bu il Avropa ümumən Rusiyadan qaz idxalını ötən illə müqayisədə 3 dəfədən çox azaltmağa müvəffəq olub. 

Neftə gəldikdə isə... London əmtəə birjasında həftə əvvəli Brent markalı neftin ən baha partiyası 86,71  dollara satılırdısa, həftə sonu bu göstərici 84,75-ə qədər azaldı. Hətta həftə içi qiymətlər 84 dollardan aşağı qiymətə də ticarət edilmişdi. Neft qiymətlərinin 85 dollardan aşağı həddə düşməsinin səbəbi isə bazarda təklifin tələbi üstələməsindən qaynaqlanırdı, yəni OPEC+ ölkələri kvotadan az neft çıxartsalar da, hasilatı azaltsalar da, bazarda “qara qızılın” qıtlığı hələ ki, hiss edilmir. 

Azərbaycan və OPEC. Bu həftə Azərbaycan Energetika nazirliyi ölkənin OPEC+ çərçivəsində ötən ay üzrə gündəlik neft hasilatı göstəricilərini ictimailəşdirdi. Məlumata görə, 2023-cü ilin iyul ayında Azərbaycanda gündəlik 499 min barel neft çıxarılıb. İyun ayı ilə müqayisədə gündəlik hasilat 1000 barel azalıb. 

Nazirliyin açıqlamasına görtə, 2023-cü ilin iyul ayında Azərbaycanda gündəlik kondensat hasilatı isə 122 min barel təşkil edib. İyun ayı ilə müqayisədə kondensatın gündəlik hasilatı 2

Bununla belə, OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir. Yəni, Azərbaycan iyulda OPEC+ kvotasından 185 min barel az neft çıxarıb. 

Statistika.

Bu həftə Dövlət Statistika Komitəsi Azərbaycanın neft və qaz hasilatına dair rəsmi məlumatları açıqladı. Komitənin aylıq hesabatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 17 milyon 673 min ton əmtəəlik neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 7,7% azdır. 

Hesabat dövründə Azərbaycanda 28 milyard 231,2 milyon kubmetr qaz (artım 3,5%), 21 milyard 149 milyon kubmetr əmtəəlik qaz (artım 3,3%) hasil edilib. Bu göstəriciləri təhlil etsək məlum olur ki, cari ilin 7 ayı ərzində çıxarılan qazın 7 milyard 82,2 milyon kubmetri neft quyularında lay təzyiqini saxlamaq məqsədi ilə yenidən quyulara vurulub. Və ya ümumi hasil edilən qazın yalnız 74,9%-ni əmtəəlik formaya (satış üçün) keçirtmək mümkün olub. 

Xatırladım ki, 2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,5% az olub. Qaz hasilatı 46 milyard 743,3 milyon kubmetr (artım 6,6%), əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr (artım 7,3%) təşkil edib.

Qaz gəlirləri. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 13 milyard 413 milyon 760,12 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,6% çox olub. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aylıq hesabatından məlum olur ki, bu dövrdə qaz ixracından $8 milyard 934 milyon 144,16 min məbləğində gəlir (artım 8,7%) əldə edilib.
Komitənin bu məlumatları əsasında deyə bilərik ki, cari ilin 7 ayı ərzində Azərbaycan ortalama olaraq qazın hər min kubmetrini $666,04 qiymətinə satıb. Ötən ilin yanvar-iyul aylarında isə, gömrük bəyannamələri əsasında, qazın orta ixrac qiyməti $647,03 təşkil etmişdi. 

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi ixracının 43%-i (2022-ci ilin yanvar-iyul aylarında 36,43%-i) qaz ixracının payına düşüb.

Azərbaycan 2022-ci ilin yanvar-iyun aylarında 39 min 393,99 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 14,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Benzin idxalı.

Dövlət Statistika Komitəsi cari ilin I yarımilliyi üzrə Azərbaycanın xarici ticarət statistikasını açıqlayıb. Həmin məlumata görə, cari ilin 6 ayında Azərbaycanın idxal etdityi “Premium Euro-95” markalı benzinin dəyəri $36 milyon 726,49 min təşkil edib. Həcm etibarı ilə ötən ilin eyni dövrü ilə müqayisədə idxal 18,8% azalıb.

İdxalın əsəs həcmi Rusiya Federasiyasının payına düşüb. Bu ölkədən $22 milyon 680,91 min dəyərində (azalma 1,2%) 24 min 391,59 ton benzin (artım 2,9%) idxal edilib.

Həmçinin, hesabat dövründə Rumıniyadan $4 milyon 189,24 min dəyərində 4 min 79,9 ton, Belarusdan $9 milyon 856,34 min dəyərində 10 min 922,5 ton benzin idxal edilib.

Statistik məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana $1 milyon 92,29 min dəyərində (artım 33%) “Super Euro-98” markalı avtomobil benzini idxal edilib. Həmin marka idxal benzinin həcmi 892,53 ton təşkil edib ki, bu da ötən ilin müavfiq dövrü ilə müqayisədə 19,1% artım deməkdir. 

“Super Euro-98” markalı avtomobil benzini Rusiyadan $287,85 min dəyərində 234,77 ton, Rumıniyadan $804,44 min dəyərində 657,76 ton benzin idxal edilib.

Xatırladaq ki, Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib.

Azərbaycana “Premium Euro-95” markalı avtomobil benzini idxalının 73,4%-i Rusiyanın payına düşüb.

Bu dövrdə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” avtomobil benzini idxal edilib.

Qeyd edək ki, “Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.

BTC ilə neft daşımaları.

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın əsas ixrac bpru kəməri Bakı-Tbilisi-Ceyhan (BTC) ilə 17 milyon 615 min ton neft nəql edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,4% çoxdur. 

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, cari ilin 7 ayında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 76,3%-i BTC ilə daşınıb.

Bundan əlavə, BTC kəməri ilə nəql edilmiş neftin 83,5%-ni və ya 14 milyon 706,3 min tonunu (artım 5,5%) Azərbaycanda hasil edilən neft, 16,5%-ni və ya 2 milyon 908,7 min tonunu (artım 11,3%) isə Türkmənistan və Qazaxıstandan daxil olan transit nefti təşkil edib.

2022-ci ildə BTC ilə 29 milyon 749,6 min ton neft (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit nefti (artım 41,8%) nəql edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Son zamanlar yayılan xəstəlik nədir?

Son zamanlar yayılan xəstəlik nədir?

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

End of content

No more pages to load

RADİO