Hansı banklar xarici valyutanı ən ucuza alıb, baha satmağa ÇALIŞIR? – ARAŞDIRMA 

Son vaxtlar Azərbaycanın bəzi kommersiya bankları tərəfindən bəzi xarici valyutaların alışı və satışında fərqli qiymətlər tətbiq olunur. Bu fərq əsasən də ABŞ dollarının, avronun, rublun alış və satış qiymətlərində özünü açıq şəkildə göstərir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən adları çəkilən valyutaları konkret qiymətlər müəyyənləşdirilir və ona uyğun olaraq kommersiya bankları alış-satış siyasəti həyata keçirirlər. 

Amma apardığımız müşahidələr və bir neçə kommersiya bankının saytlarında apardığımız araşdırmalar göstərdi ki, Məsələn, Kapital Bank, Azərbaycan Beynəlxalq Bank və Azər-Türk Bankda dolların satış qiyməti eynidir, yəni 1,6970 manatdır, lakin satış qiymətləri bir-birindən fərqlənir. Belə ki, Kapital bankda ABB-da 1.070 AZN-dən,  Azər-Türk Bankda isə 1.7025 AZN-dən təklif olunur. 

Access Bankda dolların alış qiyməti 1.6990 AZN, satış qiyməti isə 1.7025 AZN, Bank of Baku-da alış 1.6700 AZN, satış1.7020 AZN, Xalq Bankda alış 1.6950 AZN, satış 1.701 AZN, Rabitə Bankda isə alış 1.690 AZN, satış isə 1.702 AZN-dir. 

Avro və rublun qiymətlərində də ciddi fərqlər nəzərə çarpmaqdadır. Belə ki, Kapital Bankda  avronun alışı 1.8899 AZN, satışı isə 1.9349 AZN, rublun isə alışı 0.0127 AZB, satışı isə 0.0203 AZN-dir. ABB-da avro 1.8696 AZN-dən alınır, 2.2555 AZN-dən satılır.
Rubl isə 0.0159 AZN-dən alınır, 0.0215 AZN-dən satılır. Digər adları çəkilən banklarda da eyni vəziyyət müşahidə olunur. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, banklar qarşısında valyuta mübadiləsi qiymətləri ilə bağlı heç bir tələb qoyulmur.
 

MÖVZU İLƏ BAĞLI:

Valyutadəyişmə məntəqələri geri QAYIDIR? – AÇIQLAMA 


E.Kərimli bankların xarici valyuta mübadiləsi ilə bağlı həyata keçirdikləri qiymət siyasətində elə də ciddi fərqlərin olmadığını diqqətə çatdırıb:

“Mərkəzi Bank tərəfindən xarici valyutalarla bağlı tənzimləmə dəhlizi qoyulur ki, bu da 4 faizə bərabərdir. Banklar arasında cüzi fərqlər yarana bilər və bu da qanunvericiliklə ziddiyyət təşkil etmir. Ona görə ki, Mərkəzi Bank xarici valyutaların qiymətini gündəlik müəyyən edir.

Buna da uyğun olaraq banklar 4 faiz dəyərində alqı-satqı həyata keçirirlər. Hətta bəzi hallarda 100 dollarda 10 qəpik artıq ola bilir. Elə bank var ki, 1.68 manata, eləsi də va ki, 1.69 manata alır. Bu da Mərkəzi Bankın gündəlik açıqladığı məzənnələr çərçivəsindədir”. 

Müsahibimiz, bu qiymət fərqinin bankların valyuta ehtiyacları ilə də bağlı olduğunu diqqətə çatdırıb:

“Bəzi hallarda hansısa bir banka əlavə valyuta tələb olunursa və ya təcili xarici valyuta yığmaq ehtiyacı yaranırsa, digərlərinə nisbətən fərqli qiymət qoya bilir. Yaxud da Kapital Bankın xarici valyuta ehtiyacı yoxdur və və aşağı qiymət qoyur ki, daha çox manat toplasın.

Bu qiymət fərqi banklar arasında sərbəst rəqabət mühiti yaradır. Xarici valyuta alan və ya satan şəxslər də buna uyğun olaraq, istədikləri banklara müraciət edə bilərlər. Onlar araşdırma aparsın və hansı bank yüksək qiymət qoyursa, orda da valyutasını mübadilə etsin”. 

Bank sahəsi üzrə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov isə bildirib ki, banklarla bağlı mövcud qanunvericiliyə əsasən, maliyyə qurumları öz valyuta məzənnələrini sərbəst müəyyən edə bilərlər: 

“Bunun üçün onlara heç bir məhdudiyyət qoyulmayıb. Banklarda dolların alqı-satqısı ilə bağlı elə də ciddi fərqin olduğunu görməmişəm. Hamısında da bir-birinə yaxın alqı-satqı aparılır. Avroda və digər valyutalarda isə qiymətlər xeyli fərqlənir. Əgər hansısa bir banka avro lazım deyilsə, o zaman çox aşağı qiymətlə alqı-satqı aparır. Yaxud da əksinə, buna ehtiyacı varsa, qiyməti yüksək edəcək”.  

Ekspertin fikrincə, bu siyasət onlar arasında sərbəst rəqabətin inkişaf etməsinə səbə olur: 

“Belə ki, banklar öz tələbatlarına uyğun olaraq qiymət tənzimlənməsi həyata keçirirlər. Müştərilər də araşdırma aparsınlar və bank məzənnələrini gündəlik izləsinlər. Hansı bank sərfəlidirsə, onunla da alqı-satqı etsinlər”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda dəhşətli avtobus faciəsi – 8 ölü, 15 yaralı var

İranda dəhşətli avtobus faciəsi – 8 ölü, 15 yaralı var

Elnur oğlunun görüntülərini paylaşdı - VİDEO

Elnur oğlunun görüntülərini paylaşdı - VİDEO

“Zirə” “Sumqayıt”ı məğlub etdi - FOTO/VİDEO

“Zirə” “Sumqayıt”ı məğlub etdi - FOTO/VİDEO

İsrail Ordusu Livanda sakinləri təcili təxliyə olunmağa çağırdı

İsrail Ordusu Livanda sakinləri təcili təxliyə olunmağa çağırdı

Lalə Məmmədova yeni görünüşdə - VİDEO

Lalə Məmmədova yeni görünüşdə - VİDEO

Avropa Kuboku: Cüdo millimiz komanda hesabında 1-ci oldu

Avropa Kuboku: Cüdo millimiz komanda hesabında 1-ci oldu

Xoşqədəm arıqlama çaylarını da pislədi - VİDEO

Xoşqədəm arıqlama çaylarını da pislədi - VİDEO

Onun ölkədən çıxışına qadağa qoyulub

Onun ölkədən çıxışına qadağa qoyulub

ABŞ-da iki qırıcı təyyarə havada toqquşdu - VİDEO

ABŞ-da iki qırıcı təyyarə havada toqquşdu - VİDEO

“Dönər” maskasındakı Əməkdar artist imiş - VİDEO

“Dönər” maskasındakı Əməkdar artist imiş - VİDEO

Zaqatala dağlarında gənc oğlan itkin düşdü

Zaqatala dağlarında gənc oğlan itkin düşdü

“Qalatasaray” uduzdu, "Fənərbaxça" xal itirdi - VİDEO

“Qalatasaray” uduzdu, "Fənərbaxça" xal itirdi - VİDEO

“Avroviziya 2026”nın qalibi: “Həyat yoldaşım türkdür” - VİDEO

“Avroviziya 2026”nın qalibi: “Həyat yoldaşım türkdür” - VİDEO

Sərvətləri 1 milyardı ötdü

Sərvətləri 1 milyardı ötdü

Mənzil bazarında yenidən BAHALAŞMA - VİDEO

Mənzil bazarında yenidən BAHALAŞMA - VİDEO

"Sabah" klubunu ürəkdən təbrik edirəm - FOTO

"Sabah" klubunu ürəkdən təbrik edirəm - FOTO

Vüqar Qurbanova AĞIR İTKİ

Vüqar Qurbanova AĞIR İTKİ

Öskürəkdən necə xilas olmaq olar? – Mütəxəssislərdən tövsiyələr

Öskürəkdən necə xilas olmaq olar? – Mütəxəssislərdən tövsiyələr

Azərbaycan çempionu "Sabah" mükafatlandırıldı - VİDEO

Azərbaycan çempionu "Sabah" mükafatlandırıldı - VİDEO

İranlı general: Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”

İranlı general: Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”

Cüdoçularımız Avropa Kubokunda daha 5 medal qazandı - FOTO

Cüdoçularımız Avropa Kubokunda daha 5 medal qazandı - FOTO

14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video

14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video

Daha bir güləşçimiz Avropa çempionu oldu

Daha bir güləşçimiz Avropa çempionu oldu

Trampdan İrana xəbərdarlıq: “Əks halda heç nələri qalmayacaq”

Trampdan İrana xəbərdarlıq: “Əks halda heç nələri qalmayacaq”

End of content

No more pages to load

RADİO