Ermənistan minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana vermir - Avropa İttifaqına şikayət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatından Bizim.Media-ya bildirilib ki, görüşdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak edib.

 

MÖVZU İLƏ BAĞLI:

Azad edilən ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması yekunlaşıb


Ermənistanla Azərbaycan arasında 44 gün davam etmiş və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsi, habelə post-müharibə dövründə insan hüquqları ilə bağlı vəziyyət görüşdə əsas müzakirə mövzusu olub. 

Ombudsman Səbinə Əliyeva müharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması faktlarına toxunub, bununla bağlı beynəlxalq təşkilatlara, o cümlədən Avropa İttifaqına ünvanlanmış bəyanat, müraciət, açıq məktub və hesabatlardan söz açıb.

O Naftalan, Tərtər, Gəncə, Bərdədə qadağan olunmuş silahlardan istifadə edilməklə mülki şəxslərin hədəfə alındığı yaşayış məntəqələrində faktaraşdırıcı missiya səfərləri və toplanmış sübutlar əsasında hazırlanmış hesabatlar barədə qonaqlara ətraflı məlumat verib.

 

Ombudsman 44 günlük müharibə zamanı Ermənistanın hücumları nəticəsində həlak olmuş uşaqlar, həmçinin Ermənistan tərəfinin Azərbaycanın hərbi əsir və girovlarına qarşı qeyri-insani rəftarı ilə bağlı da hesabatların hazırlandığını nəzərə çatdırıb.


Ombudsman Ermənistan tərəfindən işğal dövründə minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi, nəticədə mülki şəxslərin minaya düşərək həlak olması və yaralanması ilə bağlı faktları qonaqların diqqətinə çatdırıb, Avropa İttifaqını bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb.

Ombudsman müharibə bitdikdən sonra məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasının qarşısını alan bu halın ciddi narahatlıq doğurduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabad sakinlərinə xəbərdarlıq: İyulun 6-da...

Cəlilabad sakinlərinə xəbərdarlıq: İyulun 6-da...

Şəkidə itin 5 nəfəri dişləməsinə İcra Hakimiyyətinin REAKSİYASI - FOTO

Şəkidə itin 5 nəfəri dişləməsinə İcra Hakimiyyətinin REAKSİYASI - FOTO

Ərdoğan İrana səfər edə bilər

Ərdoğan İrana səfər edə bilər

Bakı metrosunda ən sıx gün və lider stansiyanın adı – İyun ayının statistikası

Bakı metrosunda ən sıx gün və lider stansiyanın adı – İyun ayının statistikası

Aparıcı Mətanət: "Bacım komaya düşürdü, onu xilas etdilər"

Aparıcı Mətanət: "Bacım komaya düşürdü, onu xilas etdilər"

Hadı Rəcəblinin oğluna 350 minlik iş tapşırıldı

Hadı Rəcəblinin oğluna 350 minlik iş tapşırıldı

"AzerGold"dan rekord göstərici: Xalis mənfəəti 2.5 dəfə artırdı

"AzerGold"dan rekord göstərici: Xalis mənfəəti 2.5 dəfə artırdı

Jurnalist etiraz etdi – “Tarqovı”da yolu kəsən dibçəklər yığışdırıldı

Jurnalist etiraz etdi – “Tarqovı”da yolu kəsən dibçəklər yığışdırıldı

Coratda dənizdə boğulan digər şəxs xilas edildi - TƏBİB-dən açıqlama

Coratda dənizdə boğulan digər şəxs xilas edildi - TƏBİB-dən açıqlama

Təbiətə 211 min manatdan çox ziyan vuruldu

Təbiətə 211 min manatdan çox ziyan vuruldu

Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi

Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi

“Sabah” transferlərə nə qədər pul xərcləyib?

“Sabah” transferlərə nə qədər pul xərcləyib?

Kirayə evlər niyə ucuzlaşmır?

Kirayə evlər niyə ucuzlaşmır?

Əli Tekin Atalar vəfat etdi – FOTO

Əli Tekin Atalar vəfat etdi – FOTO

Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO

Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO

DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

End of content

No more pages to load

RADİO