"Buta Airways" Kiyevə uçuşları bərpa edir

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan Ukraynanın paytaxtı Kiyev şəhərinə aviaəlaqəni bərpa edir. Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslərin icrası 1 aprel tarixindən nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə  "Buta Airways" məlumat yayıb.

Uçuşlar Kiyevin "Borispol" (IATA: KBP) hava limanına həyata keçiriləcək. Reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. Beləliklə, aprel ayından etibarən Azərbaycanın Milli Aviadaşıyıcısı qeyd olunan istiqamətdə uçuşları yalnız "Buta Airways" aşağıbüdcəli brendi vasitəsilə həyata keçirəcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".

Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir.

"Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Əl yükü qismində təyyarə salonuna yalnız qadın çantası, kişi portfeli, portativ kompyuter çantası (təyinatı üzrə istifadə edilməsi şərtilə) və uşaq qidası götürülə bilər.

Digər növ əl yükünün, o cümlədən Duty Free mağazalarından alınan əşyaların salona götürülməsi qadağandır.

Bakı-Kiyev-Bakı marşrutu üzrə reysə biletləri (“Super” və “Standart” tarifləri üzrə) "Buta Airways" aviaşirkətinin rəsmi saytında, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:

- Ukrayna ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: //www.butaairways.az/az/covid/ukraine

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: //www.butaairways.az/az/covid/clinics.

Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: //www.butaairways.az/az/covid/azerbaijan.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq

Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıda qeyd olunan səhifədə tanış ola bilərsiniz: //www.butaairways.az/az/covid/azerbaijan. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı daha da artacaqdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belə pomidorları almayın

Belə pomidorları almayın

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi

Çağırışçıların uçotunda xaricdəki səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Çağırışçıların uçotunda xaricdəki səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

Orta aylıq əmək haqqı 7,2% artdı

Orta aylıq əmək haqqı 7,2% artdı

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

"İmkanı olsaydı, atam o sözü məzarından da götürərdi”

"İmkanı olsaydı, atam o sözü məzarından da götürərdi”

Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət etdi – VİDEO

Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət etdi – VİDEO

DİM-in şöbə müdiri işdən çıxdı - YENİ TƏYİNATLAR

DİM-in şöbə müdiri işdən çıxdı - YENİ TƏYİNATLAR

Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş – DOSYE+FOTOLAR

Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş – DOSYE+FOTOLAR

Həkimdən icazəsiz antidepressant qəbul edənlərə XƏBƏRDARLIQ

Həkimdən icazəsiz antidepressant qəbul edənlərə XƏBƏRDARLIQ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın ARTIB

Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın ARTIB

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO

Tailand Kraliçası qırıcı təyyarəni təkbaşına havaya qaldırdı – FOTO/VİDEO

Tailand Kraliçası qırıcı təyyarəni təkbaşına havaya qaldırdı – FOTO/VİDEO

Qızıl 70 dollaradək BAHALAŞDI

Qızıl 70 dollaradək BAHALAŞDI

Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR

Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR

Rektor: “Sosial şəbəkələrdə ən çox yanlış məlumat dinlə bağlıdır”

Rektor: “Sosial şəbəkələrdə ən çox yanlış məlumat dinlə bağlıdır”

İstanbulda çökən binada ölənlərin sayı 5-ə ÇATDI

İstanbulda çökən binada ölənlərin sayı 5-ə ÇATDI

Hüquqi yardım qapısı aztəminatlıların üzünə açıldı – Nə qədər şəxs yararlanıb?

Hüquqi yardım qapısı aztəminatlıların üzünə açıldı – Nə qədər şəxs yararlanıb?

End of content

No more pages to load

RADİO