Nobel Sülh Mükafatı laureatı məlum olub.
Bizim.Media xəbər verir ki, builki mükafat Navanethem Pillaya (Navi) verilib.
O bu mükafata sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.
Qeyd edək ki, 85 yaşlı Navanethem "Navi" Pillay hind mənşəli Cənubi Afrikalı hüquqşünas, hakim və BMT-nin keçmiş yüksək vəzifəli rəsmisidir. O, CAR-da aparteid rejimi dövründə Natal əyalətində hüquq firması açan ilk qara dərilı qadın olub. Nelson Mandela daxil olmaqla, rejimlə mübarizə aparan çoxsaylı siyasi məhbusların müdafiəçisi kimi tanınıb.
2021-ci ildən BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasına rəhbərlik edir.

Bizim.Media