Bank lisenziyalarının alınması qaydası DƏYİŞİR

Bank lisenziyalarının alınması qaydası dəyişir. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, bu sahədə səlahiyyətli qurum Mərkəzi Bank olacaq.

Beləliklə, bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərəzi Banka yazılı şəkildə müraciət edəcəklər.

Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. 
Qüvvədə olan qanuna görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən maliyyə bazarlarına nəzarət orqanı bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər.

Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları maliyyə bazarlarına nəzarət orqanına onun tələb edə biləcəyi məlumatı verir. 

Layihəyə görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və inzibatçıların məqbul və lazımi keyfiyyətlərə malik olması və bankın nizamnamə kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər.

Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər.

Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

Bu müddəa sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil ediləcək. 

İlkin müraciətə əlavə olunan sənədlərdə də dəyişiklik var. Hazırda bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs üçün bu hüquqi şəxsin kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar, bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı.
Hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə, rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış və bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə və bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə də ilkin müraciətə əlavə olunan səbədlər siyahısındadır. 

Layihəyə əsasən isə ilkin müraciətə əlavə olunan sənədlər siyahısında aşağıdakılar olacaq: 

- bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, bankda mühüm iştirak pay sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə mühüm iştirak pay sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər; 

- bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; 

- bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun vətəndaş qüsursuzluğuna dair məlumat, mühüm iştirak payının sahibi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; 
- bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; 

- Mərkəzi Bankın müəyyən etdiyi formada bankın səhmdarları arasındakı münasibətlər və bankın benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Maşın” şou yenidən başlayır – FOTO

“Maşın” şou yenidən başlayır – FOTO

Onlara birdəfəlik müavinət verildi

Onlara birdəfəlik müavinət verildi

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi - FOTO

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi - FOTO

“Bakı qlobal şəhərsalma ictimaiyyətinin görüş məkanına çevriləcək” - VİDEO

“Bakı qlobal şəhərsalma ictimaiyyətinin görüş məkanına çevriləcək” - VİDEO

“Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm” - VİDEO

“Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm” - VİDEO

BMT rəsmisi: Dünyada 3 milyard insan qeyri-adekvat şəraitdə yaşayır – VİDEO

BMT rəsmisi: Dünyada 3 milyard insan qeyri-adekvat şəraitdə yaşayır – VİDEO

Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar- “Su qiymətinə”

Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar- “Su qiymətinə”

WUF13-ün ikinci günü belə başladı – FOTOREPORTAJ

WUF13-ün ikinci günü belə başladı – FOTOREPORTAJ

Komitə sədri: İşğaldan azad edilən ərazilərdə yenidənqurma layihələri nümayiş etdiriləcək

Komitə sədri: İşğaldan azad edilən ərazilərdə yenidənqurma layihələri nümayiş etdiriləcək

Malayziyalı nazir: Gələcək onu proqnozlaşdıranlara deyil, onu quranlara məxsusdur

Malayziyalı nazir: Gələcək onu proqnozlaşdıranlara deyil, onu quranlara məxsusdur

“Biz Azərbaycanın regionda rolunu daha aydın görürük” - Anaklaudia Rossbax

“Biz Azərbaycanın regionda rolunu daha aydın görürük” - Anaklaudia Rossbax

WUF13 "Bakı Fəaliyyətə Çağırış" sənədi ilə yekunlaşacaq

WUF13 "Bakı Fəaliyyətə Çağırış" sənədi ilə yekunlaşacaq

Anar Quliyev WUF13-ün Azərbaycan üçün əhəmiyyətindən DANIŞDI

Anar Quliyev WUF13-ün Azərbaycan üçün əhəmiyyətindən DANIŞDI

WUF13: Assambleyaların birgə bağlanış sessiyası keçirilir - FOTO/VİDEO

WUF13: Assambleyaların birgə bağlanış sessiyası keçirilir - FOTO/VİDEO

Zakaria Savo "Qarabağa" keçir

Zakaria Savo "Qarabağa" keçir

Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq - BMT rəsmisi

Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq - BMT rəsmisi

WUF13-ün ilk günündə iştirak edənlərin SAYI AÇIQLANDI

WUF13-ün ilk günündə iştirak edənlərin SAYI AÇIQLANDI

"Bitcoin" ucuzlaşdı

"Bitcoin" ucuzlaşdı

Hikmət Hacıyev: WUF13 indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür - VİDEO

Hikmət Hacıyev: WUF13 indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür - VİDEO

Çində güclü zəlzələ: Ondan çox bina uçdu, ölənlər var - VİDEO

Çində güclü zəlzələ: Ondan çox bina uçdu, ölənlər var - VİDEO

Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü

Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü

WUF13: Mətbuat konfransı keçirildi - VİDEO

WUF13: Mətbuat konfransı keçirildi - VİDEO

Gəlinini qətlə yetirən şəxs: “O, uşaqlarının qayğısına qalmırdı” - TƏFƏRRÜAT

Gəlinini qətlə yetirən şəxs: “O, uşaqlarının qayğısına qalmırdı” - TƏFƏRRÜAT

Bakıda WUF13-ün ikinci günü işinə başladı

Bakıda WUF13-ün ikinci günü işinə başladı

End of content

No more pages to load

RADİO