Problemli kreditlərin çoxluğunun ƏSL SƏBƏBİ – Yüksək faizlər, yoxsa...

Azərbaycan Mərkəzi Bankının açıqladığı son rüblük hesabatda, problemli kreditlərin həcminin 600 milyon manata çatdığı əks olunub. 

Bildirilir ki, bu həcm 2023-cü ilin may ayının 1-nə qədər 591.8 milyon manat təşkil edib, aprel ayının 1-i ilə müqayisədə 0,2 % artıb, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 12.3% azalıb. 

Qeyd edək ki, problemli kreditlərin 73.8%-i və 436,6 milyon manatı milli valyutada, 26.2%-i və ya 155.2 milyon manatı isə xarici valyutada olub.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ölkədə problemli kreditlərin faizində ötən illə müqayisədə azalma baş verir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda nə qədər problemli kredit var? – TƏHLÜKƏ HƏDDİ yaxınlaşır 


Ən böyük problemli kreditlərin ilk dəfə devalvasiya dövründə yarandığını xatırladan ekspert qeyd edib ki, 2020-ci ildə tüğyan edən pandemiya zamanı bu rəqəm daha da artdı və vəziyyət post-pandemiya dövrünə qədər davam edib:

“Artıq bu sahədə vəziyyət nisbətən düzəlməyə başlayıb. Bu da onunla əlaqədardır ki, həm devalvasiyadan, həm də pandemiyadan sonra banklar qarşısında daha da sərt şərtlər qoyuldu. Əvvəlcə vətəndaşların ödəmə qabiliyyəti analiz edildi və sərt yanaşmalar tətbiq olundu. Hazırda da həm istehlak, həm də digər kreditlərlə bağlı ciddi araşdırma aparılır və müştərinin ödəmə qabiliyyəti əsas götürülür. Bu gün problemli kreditlər dünyanın bir çox ölkələrində var. Bəzən insanlar gəlirlərini hesablamadan, öhdəlikləri barədə düşünmədən kreditlər götürürlər ki, bu da sonradan maliyyə problemlərinin yaşanmasına səbəb olur”.   

Eyyub Kərimlinin sözlərinə görə, faizlərin yüksək olması, problemli kreditlərin yaranmasına səbəb olur:  

“Həm Türkiyə və Gürcüstan kimi qonşu dövlətlərlə, həm də Avropa ölkələri ilə müqayisə etsək, bizdə kredit faizlərinin çox yüksək olduğunu görərik. Bəzən bu göstərici biznes kreditlərində 17-18 faizə qədər, istehlak kreditləri isə 24 faizə qədər artır. Bu baxımdan da Azərbaycanda faizlərin aşağı düşməsinə böyük ehtiyac var”.

Ekspert düşünür ki, kredit faizlərinin çox olması bankların depozitlərdən asılı olması ilə əlaqədardır:

“Onlar əhalidən yüksək faizli depozitlər cəlb edir və bunu öz xidmət haqlarının üstünə tətbiq etməklə kreditlər verirlər. Ötən aya nisbətən bu ay problemli kreditlərin faizlərində cüzi artımlar baş versə də, bu, elə də təhlükəli deyil və yəqin ki, cari ilin sonuna qədər vəziyyət düzələcək”. 

Ölkədə bankların kredit portfelinin artıq 19 milyard manata çatdığını deyən E.Kərimli, bunun 51 faizdən çoxunun biznes kreditlərinin üzərinə düşdüyünü vurğulayıb: 

“Bunun 24 faizini istehlak krediti, 15 faizini isə ipoteka kreditləri təşkil edir. Həm bu baxımdan, həm də maddi vəziyyətləri səbəbindən vətəndaşlar kreditlərin ödənişində problemlər yaşamalı olurlar və çox zaman ödəmə qabiliyyətlərini tamamilə itirirlər. Hazırda problemli kreditlərin ümumi kreditlər portfelinə nisbəti 3 faizdir ki, bu elə də böyük rəqəm deyil. Ötən il isə bu rəqəm 3,8 faiz səviyyəsində olmuşdu”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

End of content

No more pages to load

RADİO