Qiymət baha, keyfiyyət AŞAĞI – Xaricdən gətirilən dərmanlara niyə nəzarət olunmur?

Ukrayna-Rusiya müharibəsi dünyanı məhvərindən oynatdı. Sivilizasiyanın düzəni bu müharibə hesabına pozuldu. Və nəyinsə düzələcəyi ehtimalı da yoxdur. Çünki, müharibə hələ də davam edir. Bu müharibə dünyanın hər bir ölkəsinə və hər bir sakininə bu və ya digər şəkildə təsir etdi. Uzun illərin iqtisadi əlaqələri pozuldu. Dünyada yeni oyunçular peyd oldu. Yeni oyunçularsa yeni qaydalar diqtə etməyə başladı. 

Bu dəfə Rusiya-Ukrayna müharibəsinin gündəlik həyatımıza təsirlərinə toxunmaq istəyirik. Bu da onlayn ticarətin son 1 ildə dəyişən coğrafiyası və keyfiyyətidir.

Məlum olduğu kimi bu müharibə Avrasiyanın ən böyük hava məkanını və yerüstü nəqliyyat dəhlizlərini sıradan çıxartdı.

İndi Rusiya və Ukrayna üzərindən daşımalar həyata keçirtmək sadəcə xəyaldır. Nəticədə isə yeni marşrutlar cızıldı, yeni oyunçular peyda oldu. Yeniliklərsə nə yazıq ki, neqativ istiqamətdə inkişaf edir.
 

MÖVZU İLƏ BAĞLI:

Apteklər də resept yaza biləcək? – AÇIQLAMA 


Daimi izləyicimiz İlkin Məmmədkərimov redaksiyamıza müracət edib. O Bizim.Media-ya Ukrayna-Rusiya münaqişəsi  başlayandan sonra onlayn alış-verişdə dəyişən neqativ proseslərdən danışıb:

“Onlayn ticarətin əsas oyunçularının bu münaqişədən sonra təklif etdikləri istər dərmanların, istərsə də qidaların keyfiyyəti xeyli aşağı düşüb. Məhsulların istehsalçıları və tərkibi dəyişdirilib. Bu azmış kimi qiymətlər də son bir ildə ən azı 2 dəfə bahalaşıb. Ağrıkəsicilərdən tutmuş, reseptlə yazılmış dərmanlara qədər hamısının keyifiyyəti və istehsalçıları dəyişib. 

Məsələn, ağrıkəsici dərman olan panadolu əvvəllər internet üzərindən İspaniya istehsalını alırdıq. Amma bu gün həmin dərmanlar əsasən Hindistandan gəlir. Qiymətlərdə də fərq artıb. Əvvəllər panadolu 1.60 qəpiyə alırdıqsa, indi 3.50 qəpiyə təqdim edirlər. Keyfiyyəti və təsiri də yoxdur. 

Məşhur kardio-maqnil bizə Almaniyadan gəlirdi. Keçən ildənsə Rusiya istehsalı olan kardio-maqnil gəlir. Mən yaşlı valideynlərim üçün bunu alıram. Bu dərman da əvvəlki keyfiyyətdə deyil. Təsiri yox dərəcəsindədir. 

Bundan başqa bakteriyalara qarşı istifadə üçün “Zinnat” tabletləri alırdım. Özüm istifadə edirəm. Keçən ilə qədər onu Böyük Britaniyadan gətirirdilər. Qiyməti 15 manat 60 qəpik idi. Amma indi Hindistan istehsalı variantı gəlir. Keyfiyyəti də heç nədir. Çünki, verdiyim analizlərdən aydın olur ki, son vaxtlar istifadə etdiyim Hindistan tabletlərinin heç bir effektiv təsiri olmayıb”. 

İlkin Məmmədkərimov təmizlik və yuyucu məhsullardan da danışıb:

“Təmizlik və yuyucu istehsal edən ölkələrin də son bir ildə ünvanı və keyfiyəti dəyişib. Məsələ, “Head&Shoulders”, “Clear”, “Pantine-pro-v” kimi məhsullar bizə Fransadan, Rumıniyadan gəlirdi. İndi isə Türkiyədən, Səudiyyə Ərəbistanından və Hindistandan gətirilir. Qiyməti də dəfələrlə bahalaşıb. Diş fırçasından tutmuş digər təmizlik məhsullarının təqdimatında da vəziyyət bu cürdür. 

Qida əlavələrində isə vəziyyət lap acınacaqlıdır. Onlayn ticarətlə məşğul olan bir çox şirkətlərin Azərbaycanda nümayəndəlikləri yoxdur. Olanlarla isə əlaqə qurmaq, etiraz bildirmək çox çətindir.  Üzləşdiyim problemlə bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müracət etdim. 

Bir müddət keçəndən sonra Agentliyin əməkdaşı mənə bildirdi ki, bu Səhiyyə Nazirliyinin səlahiyyətinə aid məsələdir.

Onlara müraciət edin. Səhiyyə Nazirliyindənsə mənə bildirdilər ki, Analitik Ekspertiza Mərkəzinə müraciət edin. O Mərkəzlə heç cür əlaqə qura bilmədim. Qurumun telefon nömrələrinin heç biri aktiv deyil”.

Məsələ ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynovun fikrini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son illər əhali onlayn ticarətə daha çox üstünlük verir:

“Artan tələbat fonunda istehlakçı hüquqpozmalarının da sayı da çoxalır. Bu bir faktdır ki, internet üzərindən alınan dərmanların 70 faizi saxta olur. Bu Beynəlxalq İstehlakçılar Cəmiyyətinin qənaətidir. Onlayn ticarətdəki problemlə bağlı hər gün bizə də çoxlu müraciətlər olur. Şikayətlərin əsas məzmunu məhsulun keyfiyyəti ilə bağlıdır. 

Bildiyimiz ki, keyfiyyətdən narazı olan sifarişçi məhsulu heç cürə dəyişə və geri qaytara bilmir.

Halbuki, narazı istehlakçının hüququ var ki, ödəniş çeki ilə birgə məhsulu geri qaytarsın. Çox təəssüf ki, onlayn ticarəti həyata keçirən şirkətlər əsasən xarici ölkələrdə olduğu üçün onlar sifarişçilərin etirazlarını qəbul etmirlər. Belə hallarla rastlaşan istehlakçı İqtisadiyyat Nazirliyinin 195-1 qaynar xəttinə müracət edə bilər. Azad İstehlakçılar İB-yə də müracət edilsə biz də onlara müəyyən köməklik göstərə bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO