Bağlanmış bankların əmlakları satışa ÇIXARILACAQ – HƏRRAC 

Əmanətlərin Sığortalanması Fondu fəaliyyətini dayandırmış bankların daşınar və daşınmaz əmlaklarını satışa çıxarır.

Bizim.Media xəbər verir ki, may ayının  25-də, saat 11-də  “Bakı Hərrac Mərkəzi”ndə həyata keçiriləcək satışda ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin, “DəmirBank” ASC-nin, “NBCBank” ASC-nin, “AtaBank” ASC-nin, “AmrahBank” ASC-nin balansındakı daşınmaz əmlaklar təkrar açıq hərraca çıxarılacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

“Günay Bank”da 70 milyon manat əmanət niyə batdı? – ARAŞDIRMA 


Qeyd edək ki, “Texnikabank” ASC-nin satışa çıxarılan daşınmaz əmlakı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında istifadədə olan 0,0261 ha torpaq sahəsində yerləşən (ü/s 278,90 kv.m) qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 420.000 manatdır.

“DəmirBank” ASC-nin isə əsasən daşınar əmlaklar siyahısına daxil olan müxtəlif növ avadanlıq və əşyaları satışa çıxarılacaq. Onların ilkin satış qiyməti 11.955 manatdır.

Mayın 25-də satışa çıxarılacaq daşınar əmlaklar arasında “NBC Bank”ın 3 ədəd, “Ata Bank”ın isə 7 ədəd ödəmə terminalı da olacaq. Bunların ilkin satış qiyməti isə müvafiq olaraq 1800 manat  və 4200 manatdır. 

Satışa çıxarılan daşınmaz əmlaklar arasında “AmrahBank” ASC-nin balansındakı ilkin satış qiyməti 128600 manat olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 53A ünvanında yerləşən (ü/s 118,40 kv.m) 35 saylı mənzili, eləcə də “RoyalBank” ASC-nin balansındakı ilkin satış qiyməti 22000 manat olan və Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 99 ünvanında yerləşən (ü/s 24,2 kv.m) mənzil var.

Hərracın şərtlərinə görə, adıçəkilən əmlakları almaq istəyən şəxslər satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir.

Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO