Rəşt-Astara dəmir yolu Azərbaycanın tranzit imkanlarını genişləndirəcək – TƏHLİL 

Məlum olduğu kimi, mayın 17-də İranla Rusiya arasında Rəşt - Astara dəmir yolu xəttinin çəkilməsi ilə bağlı saziş imzalandı. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək. 

Əgər bu xəttin reallaşması baş tutarsa, Azərbaycan üçün hansı iqtisadi əhəmiyyətə malik olacaq? Azərbaycan iqtisadiyyatına və büdcəsinə hansı dividendlər gətirəcək?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan 2015-2016-cı illərdə bu yolun çəkilməsi ilə bağlı İran tərəfinə təkliflər verdi:
 

MÖVZU İLƏ BAĞLI:

Şimal-Cənub dəhlizi yenidən GÜNDƏMDƏ – İran Azərbaycanın açar ölkə olduğu layihəyə niyə mane olur?


“Hətta mayillə xərclərinin bir hissəsinin rəsmi Bakı tərəfindən ödənilməsi də nəzərdə tutulmuşdu. Həmin vaxt “Altılıq” dövlətləri ilə İran arasında sanksiyaların aradan qaldırılması ilə bağlı razılıq əldə olunmuşdu. Amma 2016-cı ildən Donalt Trampın Amerikada prezident seçilməsindən sonra İrana qarşı sanksiyalar yenidən sərtləşdirildi və layihənin gerçəkləşməsi baş tutmadı. Azərbaycanla İran arasındakı gərginlik İran tərəfindən qaynaqlanması da layihəni kənarda saxlamışdı”.  

Ekspert vurğuladı ki, bu dəfə Rusiya və İran bu layihənin yenidən reallaşması barədə razılaşdılar: 

“Maliyyə mənbəyinin Rusiya tərəfindən təmin ediləcəyi, yəni xəttin çəkilməsini maliyyələşdirəcəyi ilə bağlı dünya mediasında xəbərlər dolaşmaqdadır. Xəttin inşasının 2-3 ilə başa çatması nəzərdə tutulub. Layihə reallaşandan sonra Azərbaycanın tranzit ölkə kimi vazkeçilməz olduğu İranın özünə də məlumdur. Çünki, Azərbaycanın yerləşdiyi coğrafi ərazi bizi vazkeçilməz edir. Bu yolun işlək olması ölkəmiz vasitəsilə mümkün olduğu üçün İran da bununla razılaşmaq məcburiyyətindədir”. 

Ekspert düşünür ki, amma Qərbin İrana və Rusiyaya qarşı mövqeyi və tətbiq etdikləri sanksiyalar müəyyən problemlər yarada bilər:

“Belə ki, bu yolla çoxtəyinatlı yüklərin daşınması ilə bağlı Azərbaycan tərəfindən bəzi tədbirlərin görülməsi vacib olacaq. Çünki, beynəlxalq sanksiyalarla məruz qala bilər ki, bu da müəyyən fəsadlara yol aça bilər. Ərzaq və qeyri-ərzaq, kənd təsərrüfatı və digər hərbi təyinatı olmayan məhsulların daşınmasında onsuz da heç bir problem yoxdur. Çünki tətbiq olunan sanksiyalar bu məhsullara aid deyil.

Çox güman ki, yol işə düşəndən sonra Azərbaycanın tranzit imkanlarının genişlənməsinə və gəlirlərinin artmasına səbəb olacaq ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafında byük rol oynayacaq. Ancaq yaxşı olardı ki, xəttin çəkilməsi başa çatana qədər dünyada da yeni bir düzən yaransın, sanksiyalar, mövcud problemlər arxada qalsın və digər ölkələrin də xəttə qoşulmasında maneələr yaranmasın”.

Müsahibimizin sözlərinə görə, Şimal-Cənub dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmiryolu xəttinin işə düşməsindən sonra Azərbaycanın tranzit imkanları genişlənəcək:

“Bu yol təkcə Rusiyanı, Azərbaycan və İran deyil, həm də Fars körfəzi və Hind okeanını, hətta Baltik dənizi və Avropa bir-birinə bağlayacaq. Əgər beynəlxalq konvensiyalar imkan versə, Azərbaycan üzərindən daşınacaq yüklərin həcmi də artacaq ki, bu da ölkəmizin tranzit gəlirlərini artmasına səbəb ola bilər. Bundan başqa, Azərbaycan üçün beynlxalq biznes mühitində yeni imkanlar yaranacaq”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO