Tur şirkətlərinin ÖZBAŞINALIĞI – İstirahətimizi kimlərə əmanət edirik?

Mövsümlə bağlı olaraq rayonlara turlar təşkil edən şirkətlərə müraciətlərdə aktivlik müşahidə edilir. 

Lakin istirahət üçün turlara müraciət edən vətəndaşlar heç də hər zaman gözlədikləri xidmətlə qarşılaşmırlar.

Əsasən sosial şəbəkə üzərindən insanlara tur paketlər təklif edib, daha sonra isə paketə daxil olan bir çox xidmətləri ixtisar edən tur şirkətləri var. 

Belə hallar da insanların haqlı narazılığına səbəb olur. Tur şirkətlərinin reklamlarında gülərüz tur rəhbərləri və əyləncəli oyunlar keçirilməsi vəd edilir. Lakin tur zamanı səfər edənlər tam əksi hallarla rastlaşdıqlarından şikayətlənirlər.

Daha geniş araşdırma apardıqda isə, nəinki reklamda göstərilən xidmətlərin ixtisarı, eyni zamanda nəqliyyat və təşkilat cəhətdən də ciddi problemlər yaşandığını görə bilərik. 

Mövzu ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi Bizim.Media ilə fikirlərini bölüşüb.

Ekspert hazırda tur şirkətlərinin çoxluğu səbəbindən onlar üzərində nəzarətin qeyri-mümkünlüyündən danışıb:

“Ölkədaxili turlar son 5-7 ildə daha populyar olub. Xüsusilə də pandemiyadan sonra tur şirkətlərinin sayı artıb. Tur operator və tur agentlikləri anlayışı var ki, dünya təcrubəsində bunlar bir-birindən fərqli fəaliyyət növləridir. Ölkəmizdə isə bu anlayış, demək olar ki, ayrılmır. Belə ki, özlərini “turagent” adlandıran şirkətlər həm də operator işi ilə məşğul olur. Yəni turizm məhsulları yaradaraq satmağa çalışır.

Ölkəxarici turlara isə bunu aid etmək yanlış olar. Nəzarət mexanizmini gəldikdə isə, düşünürəm ki, birbaşa dövlət mexanizmi olmalıdır. Ölkəmizdə bununla bağlı hüquqi baza var. Bununla onların fəaliyyətini daha səviyyəli tənzimlənməsi mümkündür. Bundan əlavə, turizm informasiya sistemi var və reyestr də işləyəcək. Həmin reyestr vasitəsilə dövlət qurumları və ictimai qurumlar hər bir şirkətin fəaliyyəti haqqında məlumatlı olacaq. Nəticədə bu sahədə vəziyyət bir qədər də şəffaflaşacaq. Həmçinin reyestr düzgün statistikanın aparılması və xidmətin keyfiyyətinə nəzarət üçün əlavə imkanlar verəcək”.

Ekspert bələdçilərin əksəriyyətinin işlərində səriştəsiz olması, təhlükəsizlik qaydalarına düzgün riayət olunmaması hallarını da ciddi problem kimi qiymətləndirib. 

“Daxili turlar əsasən təbii ərazilərə təşkil olunur və açıq səma altında fəaliyyətlə zənginləşir. Burda da turistlərin təhlükəsizliyi ön plana çıxır. Daxili turizm bazarında sığortalanmaya qismən əməl olunur. Bunu bir qədər təkmilləşdirmək vacibdir. Digər tərəfdən turizm şirkətlərində fəaliyyət göstərənlərin bu sahədə bilik və bacarıqlarına nəzarət olunmalıdır. Həmçinin tur rəhbərləri özü, yəni bələdçilər özü ilk növbədə təhlükəsizlik qaydalarına riayət etməlidir. Hər hansı təhlükəli vəziyyət yaranarsa onlara ilk yardım etməyi bacarmalıdır.

Təhlükəsizlik deyərkən, həm sığortalanma, həm də nəqliyyat vasitələrinin hazır vəziyyətdə olmasından söhbət gedir. Onlar kütləvi surətdə insan daşıyır, uzaq əraziyə səyahətə çıxır. Buna görə də istifadə olunan nəqliyyatın saz vəziyyətdə olması və turistlərin sığortalanması hər şeydən önəmlidir”.

Bundan əlavə, ekspert bildirib ki, turizm bölgələrində təhlükəsizlik tədbirləri  görülməli, müvafiq qurumlar tərəfindən vəziyyət daim nəzarətdə saxlanılmalıdır:

“Turistik ərazilərdə dayanacaqların vəziyyətinə diqqət yetirmək lazımdır. Məsələn, Quba rayonu ərazisində olan Afurca şəlaləsində təhlükəsizlik tədbirləri görülməyib. Şəlalənin kənarları açıqdır və insanın ayağı sürüşüb hər an yıxıla bilər. Bu cür ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir. Problemlə bağlı dövlət qurumları da həmin sahələrə ciddi nəzarət etməli, təkcə cərimələrlə kifayətlənməməlidir”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO