Eyni şirkət üçüncü dəfə ANAMA-nın tenderində QALİB OLDU – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) “Tibbi yardım nəqliyyat vasitələrinin satın alınması” üçün bu ilin aprelin 5-də elan etdiyi tenderin nəticələrini və qalibini bu gün açıqlayıb.

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 760.500 manat olan tenderin qalibi “Azərmaş Group” MMC (VÖEN: 1404517221) olub. 
 

MÖVZU İLƏ BAĞLI:

6.00 manat kapital, milyonluq tenderlər - Müəmmalı qalib “SİMMETRİYA” MMC


Tenderin şərtlərinə görə, şirkət ANAMA-nı 13 ədəd tibbi avadanlıq və inventarlarla təchiz edilmiş tibbi yardım avtomobili ilə təchiz edəcək. 

Qeyd edək ki, şirkət bununla üçüncü dəfə Agentliyin elan etdiyi tenderlərdə qalib olur. Belə ki, ilk dəfə 12 sentyabr 2022-ci ildə ANAMA-nın tibbi yardım nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibi olub və tərəflər arasında 1,5 milyon manatlıq satınalma müqaviləsi imzalanıb. İkinci tender isə bu ayın 5-də "Yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrinin satın alınması" məqsədi ilə elan olunub və bu dəfə də qalib eyni şirkət olub. Tərəflər 192 500 manatlıq satınalma müqaviləsi imzalanıb. 

“Azərmaş Group” MMC-nin qalib olduğu tenderlər bununla bitmir. Belə ki, 2020-ci ilin noyabr-dekabr aylarını əhatə edən və bir-birinin ardınca elan edilən 3 tenderin də qalibi olub.

Belə ki, 17 noyabr 2020-ci idə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi avtomobillərin satın alınması tenderində qalib olub və tərəflər 2 milyon 512 min170 manatlıq satınlama müqaviləsi imzalayıblar.

Növbəti satınalma müqaviləsi isə dekabrın 3-də Kənd Təsərrüfatı Nazirliyi ilə imzalanıb və şirkət əldə etdiyi 154 000 manat müqabilində  nazirliyi 2 ədəd xüsusi təyinatlı avtomobillə təmin edib. 
Şirkət 2020-ci ilin son tender müqaviləsini “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs ilə bağlayıb və 1 milyon 560 min manat müaabilində Agentliyin aparatında və struktur bölmələrində istifadə olunacaq 10 ədəd avtobus, 5 ədəd mikroavtobus, 50 ədəd isə avtomobilin satın alınmasını həyata keçirib. 

2021-ci ilin aprel ayını 28-də "Bakı Telefon Rabitəsi" MMC ilə adıçəkilən şirkət arasında "Yük avtomobillərinin satın alınması" məqsədilə ümumi məbləği 7 milyon 800 min manat olan satınlama müqavilə imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Azərmaş” ASC-nin törəmə şirkəti olan “Azərmaş Group” MMC 24 yanvar 2019-cu ildə qeydiyyata alınıb.

Nizamnanə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Adıgözəlov Rövşən Rəfail oğludur.

“Azərmaş Group” MMC-nin tərkibinə daxil olan avtomobil zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının 29-da baş tutub.

Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO