Azərbaycan BMT-yə Könüllü Milli Hesabat təqdim edəcək - FOTO

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, video-konfrans formatında keçirilən iclasda Şura sədrinin müavini, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Şuranın üzvləri iştirak ediblər.

 

MÖVZU İLƏ BAĞLI:

“Kimsə haqqımızda məlumat toplayıb əleyhimizə istifadə edir” - BMT baş katibindən XƏBƏRDARLIQ 


Tədbirdə Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, DİM-lərin icrası prosesində qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında mövqeyinin yaxşılaşdığını diqqətə çatdırıb.

Hesabata əsasən, ölkəmiz dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə 100 baldan 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb və bu göstərici ilə bütün qonşu ölkələri geridə qoyub.

 

Bildirilib ki, BMT-nin İqtisadi və Sosial Şurasının 2021-ci ilin iyul ayında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycan Respublikası tərəfindən üçüncü Könüllü Milli Hesabat təqdim ediləcək və hazırda hesabatın hazırlanması ilə bağlı işlər aparılır.


Azərbaycan regionda üçüncü dəfə Könüllü Milli Hesabat təqdim edəcək ilk ölkə olacaqdır.

İclasda “Milli prioritet kimi təsdiq edilmiş DİM göstəriciləri üzrə statistik məlumat istehsalı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr”,

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və bu çərçivədə hazırlanan 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması vəziyyəti”,

“Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün DİM-lərin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2020-ci il üzrə yekun Hesabat” və “2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim ediləcək Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı cari vəziyyət” mövzularında məruzələr dinlənilib.

Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2020-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabat Şura üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub, 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf strategiyasının və Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

135 min nəfərlik nəhəng stadion inşa edilir

135 min nəfərlik nəhəng stadion inşa edilir

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

Bu kənddə qadınlar daha uzun yaşayır

Bu kənddə qadınlar daha uzun yaşayır

Prezidentin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

Prezidentin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Belə pomidorları almayın

Belə pomidorları almayın

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

Orta aylıq əmək haqqı 7,2% artdı

Orta aylıq əmək haqqı 7,2% artdı

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

End of content

No more pages to load

RADİO