Bolqarıstana ixrac olunan Azərbaycan qazının dəyəri AÇIQLANDI

2023-cü ilin yanvar ayında Azərbaycandan Bolqarıstana ixrac olunmuş qazın dəyəri 30 706 761 avro təşkil edib.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Avropa İttifaqının statistika idarəsi olan "Eurostat" yayıb.

Mənbə yazır ki, bu ilin yanvar ayında Azərbaycandan Bolqarıstana 77,2 milyon kubmetr qaz ixrac olunub.

Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir.
Hesabat dövründə Aİ ölkələrinin Azərbaycan qazının idxalına çəkdikləri ümumi xərc 1 006 939 047 avro, tədarüklərin həcmi isə 972,9 milyon kubmetr olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral ayları ərzində ölkədə qaz hasilatı 8 milyard kubmetr təşkil edib. "Azəri-Çıraq-Günəşli" yatağından 2,2 milyard kubmetr, "Şahdəniz" yatağından isə 4,4 milyard kubmetr qaz hasil edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən isə 1,4 milyard kubmetr qaz hasil olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 4 faiz, yəni 319 milyon kubmetr artıb.

Hesabat dövründə qaz ixracı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azdır. Bu ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz nəql olunub. Bu dövr ərzində TANAP vasitəsilə Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql olunub.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz tədarükünü 31 dekabr 2020-ci il tarixindən başladıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başladıqdan etibarən ümumilikdə 22 milyard kubmetr qaz tədarük olunub. Azərbaycan bu il Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda "Mercedes"lə “Range Rover” toqquşdu: Xəsarət alanlar var – VİDEO

Bakıda "Mercedes"lə “Range Rover” toqquşdu: Xəsarət alanlar var – VİDEO

Beş polkovnikə “general-mayor” rütbəsi verildi - ADLAR

Beş polkovnikə “general-mayor” rütbəsi verildi - ADLAR

Prezident bir qrup hərbi qulluqçunu təltif etdi – SİYAHI

Prezident bir qrup hərbi qulluqçunu təltif etdi – SİYAHI

“İntellektual gömrük” informasiya sistemi YARADILDI

“İntellektual gömrük” informasiya sistemi YARADILDI

Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

Latviyada rus dili ilə bağlı SƏRT QADAĞA

Latviyada rus dili ilə bağlı SƏRT QADAĞA

82 yaşlı "Firdevs hanım"ın son halı – FOTO

82 yaşlı "Firdevs hanım"ın son halı – FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO

Azərbaycanda 2025-2026-cı tədris ilində neçə məktəb təmir olunub?

Azərbaycanda 2025-2026-cı tədris ilində neçə məktəb təmir olunub?

Ceyhun Bayramov Qdanskda Azərbaycanın Ukraynaya davamlı humanitar yardımından DANIŞDI – FOTO

Ceyhun Bayramov Qdanskda Azərbaycanın Ukraynaya davamlı humanitar yardımından DANIŞDI – FOTO

Ukrayna PUA-ları Rusiyada benzinin qiymətini rekord sürəti ilə bahalaşdırdı – VİDEO

Ukrayna PUA-ları Rusiyada benzinin qiymətini rekord sürəti ilə bahalaşdırdı – VİDEO

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi – SİYAHI

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi – SİYAHI

Bu gecə Türkiyə sonuncu oyununa çıxacaq

Bu gecə Türkiyə sonuncu oyununa çıxacaq

Müğənni Aqşin Fatehin restoranı bağlandı - FOTO

Müğənni Aqşin Fatehin restoranı bağlandı - FOTO

Kinburn yarımadasında Ukrayna bayrağı ucaldıldı – VİDEO

Kinburn yarımadasında Ukrayna bayrağı ucaldıldı – VİDEO

Ərdoğan 2028-ci ildə prezidentliyə namizəd ola bilər - RƏSMİ

Ərdoğan 2028-ci ildə prezidentliyə namizəd ola bilər - RƏSMİ

Əməkdar artist xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq – FOTO

Əməkdar artist xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq – FOTO

Dağıntılar altında qalan şəxslər belə xilas edildi - VİDEO

Dağıntılar altında qalan şəxslər belə xilas edildi - VİDEO

"Gül kələmi" yükündə 90 kq-dan çox marixuana aşkarlandı – FOTO/VİDEO

"Gül kələmi" yükündə 90 kq-dan çox marixuana aşkarlandı – FOTO/VİDEO

Ərşad Hüseynov: “Piyada ölümlərinin əsas səbəbi küçələrin yetərincə işıqlandırılmamasıdır”

Ərşad Hüseynov: “Piyada ölümlərinin əsas səbəbi küçələrin yetərincə işıqlandırılmamasıdır”

SON DƏQİQƏ! Hüseyn Quliyev səfir vəzifəsindən GERİ ÇAĞIRILDI

SON DƏQİQƏ! Hüseyn Quliyev səfir vəzifəsindən GERİ ÇAĞIRILDI

Prezidentdən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə bağlı FƏRMAN

Prezidentdən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə bağlı FƏRMAN

Trampın tərəfdarı Kolumbiyada yeni prezident kimi TƏSDİQLƏNDİ

Trampın tərəfdarı Kolumbiyada yeni prezident kimi TƏSDİQLƏNDİ

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

End of content

No more pages to load

RADİO