“Ermənistan hakimiyyəti ölkəsini böhrana sürükləyir. Ölkə iqtisadi baxımdan tənəzzülünü yaşayır”.
Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov Bizim.Media-ya müsahibəsində Ermənistandakı iqtisadi vəziyyətin ürəkaçan olmadığını qeyd edib.
Belə ki, Türkiyə məhsullarının idxalına qoyulan qadağalar ölkədə bahalaşmaya yol açacaq.
Hökumət oxşar addımı Gürcüstan və Ukrayna üçün də tətbiq edib. Bu da iqtisadi böhrana təkan verəcək:
“Xüsusilə, böyük şirkətlər məhsullarını satmır, stoklayır ki, sonda daha baha qiymətə sata bilsin. Nəticədə pul vahidi dram devalyasiyaya uğrayacaq. Ümumi qiymətlərin artımı ilə də inflyasiya başlayacaq".
Politoloq yaşananların fonunda Paşinyan hakimiyyətinin uzunömürlü olmayacağını da diqqətə çatdırıb.
Səkinə, Bizim.Media