Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa önəm verir və Bankın ölkəyə göstərdiyi texniki yardım və maliyyə dəstəyini yüksək qiymətləndirilr. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşdə deyib. 

Qeyd edilib ki, Bankla ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya artımı və s. sahələr üzrə birgə layihələr reallaşdırılıb, analitik sənədlər hazırlanıb. 

Görüşdə ölkəmizdə iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib.

Vurğulanıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verilir. Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və yeni keyfiyyətə transformasiya, ekosistemdə müsbət keyfiyyət dəyişiklikləri, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması və s. əsas hədəflər kimi müəyyən olunub. 

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb. 
Tərəflər Dünya Bankı ilə əməkdaşlığın gündəliyində olan məsələlər, potensial layihələr barədə müzakirə aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO