Davos: Formalaşan yeni vektorlarda Bakı və İrəvanın yeri

Davos mühüm danışıqların getdiyi və vacib qərarların qəbul edildiyi məkanlardan biridir. Ötən il Davosda Rusiya-Ukrayna müharibəsi, iqtisadi böhran, kriptovalyutalar və qida təhlükəsizliyi, bu il isə dünya iqtisadiyyatının resessiyadan xilas edilməsi müzakirə edilirdi. 2022-ci ildə Kiyevi sülh və təhlükəsizlik naminə Moskvaya ərazi güzəştlərinə getməyə çağıran, Ukraynanın neytral statuslu ölkə olma zərurətini “sübut etməyə” çalışan Kissincer, hazırda Ukraynanın gələcəkdə NATO-ya üzv olmasını aktual sayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin araşdırmasında bildirilir.

Bildirilib ki, forum təşkilatçıları tərəfindən aparılan sorğu nəticələrinə görə dünyanın aparıcı iqtisadçı və menecerlərinin 73%-i dünya iqtisadiyyatının resessiyaya uğrayacağını, 40%-i isə rəhbərlik etdikləri müəssisələrin onilliyin sonuna qədər müflisləşəcəyini düşünürlər.

Dünya iqtisadiyyatının xilas yollarını müzakirə etmək məqsədilə Davosa 56 maliyyə naziri, 30 ticarət naziri və 19 Mərkəzi Bank rəhbərləri gəlmişlər. Forumda 52 dövlət başçısı olmaqla 379 nəfər nüfuzlu şəxs iştirak edir.
 

Qloballaşan dünyanın tərkib hissəsi olan Azərbaycan Davos iqtisadi forumunun daimi iştirakçılarındandır.

Forum dünyada gedən geosiyasi/geoiqtisadi tendensiyaları anlamaq, potensial investorları cəlb etmək və yeni tərəfdaşlıqlar yaratmaq baxımından Bakı üçün vacib əməkdaşlıq meydanıdır. 

Prezident “Fortesque Future Industries” şirkəti ilə külək və günəş enerjisinin birgə istehsalı, “CISCO” şirkəti ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin gerçəkləşməsini, “Damen Shipyards Group” şirkəti ilə yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılması və Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün müxtəlif gəmilərin istehsal mümkünlüyünü, “The Goldman Sachs” maliyyə təşkilatı ilə davamlı əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

Danışıqların praktiki tərəfi ilə yanaşı nəzəri əhəmiyyəti də hissolunandır. Məsələn, Rusiya iqtisadçılarının (ВШЭ) 2015-ci il araşdırmasına görə Goldman Sachs-ın proqnozları 56,06% dəqiqlik göstəricisinə malikdir. Təşkilatın 2014-cü ildə verdiyi hər 5 tövsiyyəsindən 3-ü özünü doğrultmuş və ümumi gəlir göstəricisini 5,34% artırmışdır. Hazırkı forumda iştirak edən digər maliyyə təşkilatı – J.P. Morgan Chase-in proqnoz dəqiqliyi isə 58,76%-ə bərabərdir.

Azərbaycandan fərqli olaraq Ermənistan forumda iştirak etmir. Ermənistan Koçaryan-Sarqsyan dövründə Davos forumunda ümumiyyətlə iştirak etmirdi. Fərqli vaxtlarda bu “böyük səfər xərcləri ilə” (2012) və ya “eşitməyə və deməyə sözün olmaması” (2015) ilə izah edilirdi.

K.Karapetyanın 2018-ci il səfərini və “ayaqüstü” bir-iki görüşünü saymasaq bu ənənəni ilk dəfə 2019-cu ildə Paşinyan dəyişdi. Həmin ildə Qazprom Ermənistan üçün qaz qiymətlərini $15 (bəzi mənbələrə görə isə $30) artıracağını bildirmişdi. Paşinyan da Ermənistan iqtisadiyyatını xilas etmək üçün Davosa səfər etmişdir. Forumun rəsmi saytında dərc edilən məqaləsində və şəxsi görüşlərdə Paşinyan ölkəsini Aİ və Aİİ təşkilatlarını bir-birinə bağlaya bilən bənd kimi “satmaq” istəyirdi.

Forumda həmçinin Ermənistan-Azərbaycan liderləri arasında görüş olmuş və tərəflər gərginliyin azaldılması məqsədilə müvafiq strukturlar arasında operativ əlaqə xəttinin yaradılmasını müzakirə etmişdilər.

44 günlük müharibədən sonra Ermənistanın forumlarda iştirakdan yayınması anlaşılandır.

Davos iş təkliflərinin müzakirə edildiyi, sövdələşmələrin bağlanıldığı, qarşılıqlı faydalı layihələrin gerçəkləşdiyi bir yerdir. Davos şikayət və xahişlərin eşidildiyi, qəbul edildiyi bir yer deyil. Ermənistanın dünya iqtisadiyyatına təklif edəcəyi bir şey olmadığına görə obyektiv olaraq Davos forumunda da yeri yoxdur.

Beləliklə, 44 günlük müharibədən sonra Ermənistan ABŞ-ın təşkil etdiyi və heç bir praktiki əhəmiyyət kəsb etmədiyi demokratiya sammitində, Azərbaycan isə geosiyasi/iqtisadi vektorların cızıldığı Davos forumunda iştirak ilə yadda qalmış olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

End of content

No more pages to load

RADİO