2030-cu ilədək Azərbaycan “yaşıl artım” ölkəsinə çevriləcək - RƏSMİ 

"2030-cu ilədək təmiz ətraf mühitə malik “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycanın dövlət siyasətidir".

Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində “Yaşıl Hidrogen Sammiti”ndə çıxışı zamanı bildirib.

Nazir çıxışında xalis sıfır emissiya iqtisadiyyatlarına qlobal keçiddə mühüm rola məxsus “yaşıl hidrogen” enerji və ekoloji təhlükəsizliyi təmin etməsi baxımından alternativi olmayan enerji vasitəsi kimi dəyərləndirilib.

Enerji keçidi və hidrogenlə bağlı ölkəmizin planları isə dayanıqlı inkişaf üçün davamlı enerji kontekstində diqqətə çatdırılıb.

Bildirilib ki, “Yaşıl enerji” ilə bağlı siyasi iradə, 200 QVt-a yaxın bərpa olunan enerji potensialı və etibarlı tərəfdaşlıq mühiti imkan verir ki, Azərbaycan enerji keçidini reallaşdırmaqla bərabər bərpa olunan enerji növlərinin, o cümlədən hidrogenin təchizatçısına çevrilsin. “Masdar”, “ACWA Power”, BP və “Fortescue Future Industries” şirkətləri ilə “yaşıl enerji” və hidrogen üzrə ümumilikdə 22 QVt-dan çox güclərin yaradılması ilə bağlı əməkdaşlıq enerji keçidinə milli və qlobal səviyyədə töhfə verəcək.

Energetika naziri ölkəmizin Avropanın enerji tədarükçüsü kimi gələcək roluna dair fikirlərini də bölüşüb.

Bildirilib ki, Azərbaycan Avropanın enerji təchizatını alternativ mənbələrlə şaxələndirən ölkədir. Ölkəmiz Avropa üçün neft, təbii qazdan sonra bərpa olunan enerjinin, hidrogenin potensial mənbəyi qismindədir və onun hidrogenlə bağlı planlarına töhfə verəcək tərəfdaşlarından biridir: 

“Avropanın qaz təchizatının diversifikasiyasında strateji rol oynayan Cənub Qaz Dəhlizi ilə hazırda qaz tədarükünün artırılması ilə yanaşı hidrogenin də nəqli nəzərdən keçirilir. Hidrogen, ümumən “yaşıl enerji”nin istehsalı və ixracı Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımızın mühüm komponentidir. Bu yaxınlarda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında bərpa olunan enerji və hidrogen üzrə dördtərəfli əməkdaşlığı və “yaşıl enerji” dəhlizinin yaradılmasını nəzərdə tutan strateji tərəfdaşlıq sənədi də Avropa Komissiyasının Prezidentinin iştirakı ilə imzalanıb. 

Qarşıdakı illərdə Qara dəniz sualtı enerji xətti ilə 3 QVt-lıq “yaşıl enerji”nin və hidrogenin ixracı ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmiz mənbələrlə təminatında mühüm rol oynayan ölkə olacaq”.

Sammitdə “yaşıl hidrogen”in qlobal miqyasda inkişafı ilə bağlı gözləntilər, enerji böhranı fonunda istehsal xərclərində dəyişən dinamika və hidrogenin istehsalının rəqabətqabiliyyətli olması üçün zəruri amillərdən bəhs edilib. 

Qlobal əməkdaşlıq şəratində bu sahəyə investisiya yatırılması, hidrogenin saxlanması, nəqli və son istifadə üçün geniş infrastrukturun, təchizat zəncirlərinin qurulması həlli vacib məsələlər kimi qeyd edilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

End of content

No more pages to load

RADİO