Dəmiryolu təsərrüfatını yenidən qurmaq üçün 800 milyon manat xərclənəcək – ARAŞDIRMA

2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin dəmiryol stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və ya inşası, o cümlədən Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında "Şimal-Cənub” istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Məlumatda deyilir ki, Lökbatan qəsəbəsindən keçən dəmir yolu infrastrukturunun yenidən qurulacaq, Lökbatandan Bakı Dəmir Yolu Vağzalına müntəzəm şəhərətrafı dəmiryolu reyslərinin açılacaq.
Bundan başqa, Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpa ediləcək. "Qaradağ-Güzdək”, "Zabrat-Maştağa-Zağulba” dəmiryolu dəhlizlərinin və Qaradağ rayonu ərazisində 2 yeni dayanacaq məntəqəsinin yaradılacaq. Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmir yolunun çəkiləcək.Nəhayətdə, 2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 198 km-dən 280 km-ə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması nəzərdə tutulur.

Mövcud infrastruktur niyə dağıdıldı?

Olduqca qulağa xoş gələn və müsbət assosasiya yaradan məlumatdır. Amma burda bir əmma var. Əmma da ondan ibarətdir ki, bu stansiyaların və dəmiryolu xəttlərinin ən azı 90 faizi var idi. Və bu nəhəng infrastruktur son müstəqillik illərində dağıdıldı.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-80-ci illərində Abşeron yarımadasında nəhəng dəmiryolu infrastrukturu yaradılmışdı. Və Abşeron yarımadasındakı yaşayış məntəqələrinə, o cümlədən Pirallahıya, Hövsana, Maştağaya, Buzovnaya və digər yaşayış məntəqələrinə elektrik qatarları işləyirdi.

Və insanlar 5-10 qəpiklə Bakının ən ucqar kəndlərinə çox rahatlıqla gedirdi. Lakin paytaxt və ətraf ərazilərdə tikinti bumu hesabına bu unikal infrastruktur məhv edildi. Ziya Məmmədov-Hacıbala Abutalıbov tandemi sayəsində 100 kilometrdən artıq dəmir yolu sökülüb, inventarları İrana satıldı. Dəmir yolunun yerində isə yeni yaşayış massivləri salındı. Daha doğrusu sökülən dəmir yolu torpaq biznesini çiçəkləndirdi.  

Şirvan-Hodariz dəmiryolununu ikinci xətti niyə söküldü? 

Ümumiyyətlə, Ziya Məmmədovun Azərbaycan dəmir yoluna zamanında çox böyük “töhvə”ləri olub. Onun rəhbərliyi dövründə ölkəmizin müxtəlif istiqamətində dəmir yolları sökülüb, polad materialları İrana satılıb. Tək bir faktı deyək ki, Şirvan şəhərindən Horadiz şəhərinədək 200 kilometrlik dəmir yolunun ikinci xətti heç bir əsas göstərilmədən söküldü. Bu əslində dövlətə arxadan zərbə idi. 

Çünki, hazırkı qiymətlərlə bir kilometr dəmir yolunun çəkilmə xərci 3 milyon manatdan artıqdır.

Və bu gün Azərbaycan höküməti Ziya Məmmədovun 15 il əvvəl sökdüyü 200 kilometrlik ikinci dəmir yol xəttini yenidən tikir. Bunun üçünsə büdcədən ən azı 600 milyon manat vəsait xərclənəcək. O cümlədən də Abşeron yarımadasındakı bir neçə dairəvi dəmiryolu xətti Ziya Məmmədovun göstərişi ilə sökülüb satıldı. Acınacaqlı hal da odur ki, Ziya Məmmədovun ləğv etdiyi dəmir yolu xəttinin bərpası üçün Azərbaycan höküməti təkcə 2018-ci ildə 100 milyon vəsait xərcləyib. Bu vəsait hesabına Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt sürət qatarının hərəkəti bərpa olunub. 

Gələcəkdə dağıdılmış digər dəmiryol xəttlərinin bərpası üçünsə yəqin ki, milyonlarla vəsait xərclənəcək. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

End of content

No more pages to load

RADİO