Azərbaycan üzərindən daşınan neft və neft məhsullarının həcmi artacaq

Azərbaycan üzərindən neft və neft məhsullarının daşınması bu il artırılacaq.

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2022-ci ildə 18,7 milyon ton yük daşıyıb: “Bunun əsas hissəsini də neft və neft məhsulları təşkil edir”.
Ekspert ADY-dən aldığı məlumata istinadən bildirir ki, 2021-ci ildə Azərbaycan dəmir yolları ilə ən çox daşınan yüklər siyahısında ilk yeri xam neft və neft məhsulları (5,2 milyon ton) tutub:

“2022-ci il ərzində isə Azərbaycan dəmir yolları ilə 6,4 milyon ton xam neft və neft məhsulları daşınıb. Bu, 2021-ci illə müqayisədə 23 % artım deməkdir. Daşınmış neft məhsullarının 2,9 milyon tonu tranzit neft daşımalarının payına düşür.

Azərbaycan dəmir yolu ilə həm ölkənin xam neft və neft məhsulları ixrac olunur, həm də tranzit neft daşımaları həyata keçirilir. 2022-ci ilin tranzit və ümumi neft daşımalarının 2021-ci ildən 2,6 milyon ton çox olduğunu nəzərə alsaq, dəmir yollarının neft və neft məhsullarını nəql etmə potensialı hazırkı neft daşımalarından daha çox olduğunu demək olar”.

R. Ağamirzəyev hesab edir ki, Azərbaycan üzərindən daşınan neft məhsullarının artmasının əsas səbəbi Orta Dəhlizdə (Trans-Xəzər Nəqliyyat Dəhlizi) aktivliyin artması ilə bağlıdır:

“Rusiya-Ukrayna müharibəsindən öncə, Qazaxıstan neftinin 80-90 %-i Rusiya üzərindən göndərilib. Həmin yüklər Xəzərin şimalı ilə keçirdi, Novorossiysk limanına gəlirdi. Ukrayna müharibəsi başlayandan bəri liman 3-4 dəfə bağlanıb.
Limanın bağlanması Qara dəniz sahilində İkinci Dünya müharibəsinə aid minaların aşkarlanması və ya boru kəmərində təmir işləri ilə əsaslandırılırdı.

Nəzərə alsaq ki, Qazaxıstan iqtisadiyyatında neft daşınmaları önəmli paya malikdir, bu məsələ Qazaxıstanı ciddi narahat edir. Bu səbəbdən Qazaxıstan yüklərin daşınmasında marşrutların şaxələndirilməsinə qərar verdi və hazırda həm Qərb, həm də Şərq istiqamətdə işlər görülür.

Qərb istiqamətində Azərbaycan üzərindən daşımalar aparılır. Şərqə isə Çin üzərindən yüklərini göndərir. Azərbaycan üzərindən daşınan neft və neft məhsulları da əsasən Qazaxıstana aiddir”.

R. Ağamirzəyev deyib ki, Azərbaycanın neft və neft məhsullarının daşınması potensialı daha böyükdür, təqribən 14-20 milyon ton təşkil edir:

“Bizim daşımaların bütün növlərini həyata keçirmək üçün infrastrukturumuz mövcuddur. Tanker istehsal edən gəmiqayırma zavodumuz da var. Bakı Limanının infrastrukturu artan yük həcmlərini qəbul etməyə tam hazırdır.

Terminalların genişləndirilməsi yönündə həm Qazaxıstan sahillərində, həm Azərbaycan sahillərində əlavə investisiyalar lazım olacaq. Bu da yenə də Qazaxıstan tərəfinin göndərəcəyi yüklərin həcmindən aslıdır. Buna əsasən Azərbaycan və Qazaxıstan genişləndirmə işləri apara bilər, Azərbaycanın buna marağı var”.

O deyib ki, bu il Qazaxıstan Azərbaycan üzərindən daşıdığı yüklərin həcmini artıracaq: “Amma neft məhsullarından başqa, kömür, gübrə məhsulları da önəmlidir. Qazaxıstan uranın da artıq Azərbaycan üzərindən daşınması təşkil olunub.
Bu onu göstərir ki, Orta Dəhlizin önəmi daha da artır. Nəzərə alsaq ki, şimal və cənub qonşularımız sanksiya altında olduğundan Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Balkanlar zolağı ciddi bir marağa səbəb olacaq və yükdaşımaları özünə tərəf çəkə biləcək. Amma bunun üzərində də iş görməliyik.

Tək Azərbaycanın yox, bütün dəhliz ölkələrinin infrastrukturuna investisiya yatırılmalıdır, birgə iş görülməlidir ki, yük axınına uyğun dayanmadan hərəkət təmin edilsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ürək üçün ən faydalı QİDALAR

Ürək üçün ən faydalı QİDALAR

Yeni ailə quran qızının ZƏNGLƏRİNİ AÇMIR - VİDEO

Yeni ailə quran qızının ZƏNGLƏRİNİ AÇMIR - VİDEO

Qaxda sabiq vəzifəli şəxs vəfat edib

Qaxda sabiq vəzifəli şəxs vəfat edib

Təyyarə qəzasında həlak olan 20 türk şəhidin cənazəsi Ankaradadır - VİDEO

Təyyarə qəzasında həlak olan 20 türk şəhidin cənazəsi Ankaradadır - VİDEO

"O epizodda penalti var idi" - Ayxan Abbasov

"O epizodda penalti var idi" - Ayxan Abbasov

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO

Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı TƏFƏRRÜATLAR

Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı TƏFƏRRÜATLAR

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Bakıda qaz xəttində yanğın OLDU

Bakıda qaz xəttində yanğın OLDU

İbrahim Borçalı 2 milyon manatlıq ziyana düşdü - VİDEO

İbrahim Borçalı 2 milyon manatlıq ziyana düşdü - VİDEO

Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var

Millimiz İslandiyaya UDUZDU - VİDEO

Millimiz İslandiyaya UDUZDU - VİDEO

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Türkiyəyə məxsus təyyarə Xorvatiyaya uçuş zamanı radarlardan İTDİ

Türkiyəyə məxsus təyyarə Xorvatiyaya uçuş zamanı radarlardan İTDİ

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

İlkin Həsəninin adından dələduzluq edildi - FOTO

İlkin Həsəninin adından dələduzluq edildi - FOTO

Millimiz İslandiyaya qarşı: Rəqib 2:0 öndədir - VİDEO

Millimiz İslandiyaya qarşı: Rəqib 2:0 öndədir - VİDEO

Prokurorlardan cəza TƏLƏBİ: Arayikə ömürlük.. - FOTO

Prokurorlardan cəza TƏLƏBİ: Arayikə ömürlük.. - FOTO

Noyer karyerasını başa vurmaq istəyir

Noyer karyerasını başa vurmaq istəyir

End of content

No more pages to load

RADİO