Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Qarabağ Azərbaycandır!” mövzusunda markalı zərflər dövriyyəyə buraxılıb.
"Azərpoçtdan" Bizim.Media-ya verilən məlumata görə, zərflərin üzərində Azərbaycan xəritəsi, Azərbaycan və ingilis dillərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Üz tərəfin fonunda isə hərbi kamuflyaj təsvir edilib.
Zərflərin üzərində işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, Ağdamın Xaçındərbətli kəndindəki 1314-cü ilə aid Qutlu Musa türbəsi və Şuşa şəhərinin gerbi təsvir olunub.
Bizim.Media