Süni mayalanma mütəxəssislərinin hazırlanması üçün təlimlər başlayır

Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssislərinin hazırlığı üçün yeni təlimə başlayır. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) icra etdiyi layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.

Bizim.Media xəbər verir ki, 5 günlük təlim fevralın ilk həftəsində Göygöldəki Respublika Süni Mayalanma Mərkəzində keçiriləcək. Təlimdə iştirak üçün Ağdaş, Ağcabədi , Bərdə, Qusar, Sabirabad, Zaqatala, Lənkəran rayonlarından baytar həkimlər və zootexniklər müraciət ediblər.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, təlimlər kiçik qruplar şəklində ardıcıl təşkil olunacaq.

 

MÖVZU İLƏ BAĞLI:

Azad olunan ərazilərdə tütünçülük inkişaf etdiriləcək - FOTO

Dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanıldı


Mütəxəssis hazırlığı əhalinin heyvan mənşəli məhsullara tələbatını ödəmək üçün daha məhsuldar heyvanların yetişdirilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə atılan addımların tərkib hissəsidir. Ölkədə damazlıq heyvan alışına 60% dövlət güzəşti ilə yanaşı, süni mayalanma ilə doğulan hər buzova görə fermerlərə 100 manat subsidiya ödənilir.

Fermerlərin təsərrüfatlarını inkişaf etdirməkləri üçün böyük ehtiyac duyduqları süni mayalanma mütəxəssislərindən yüksək hazırlıq tələb olunur. Həm ana heyvanın, həm də doğulacaq balanın sağlamlığı əsasən mütəxəssislərin bilik və bacarıqlarından asılıdır.

Təlimdə iştirakçılara nəzəri biliklər öyrədilməkdən əlavə, canlı heyvanlar üzərində praktiki bacarıqlar qazanmaq imkanı da yaradılacaq.

İndiyədək FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalanma mütəxəssisləri üçün 4 təlim keçirilib. Baytarlıq və zootexniklik üzrə ixtisaslara yiyələnmiş şəxslərin özünüməşğulluq fəaliyyəti üçün bu təlimlərin böyük töhfəsi müşahidə edilir.

Mütəxəssislərin fəal iştirakına nail olmaq məqsədilə təlimləri uğurla başa vuran texniklər fəaliyyətlərini fasiləsiz davam etdirməkləri üçün sertifikat, süni mayalanma ləvazimatları ilə təmin olunacaqlar.

Təlim iştirakçılarına qalmaq, yemək və istirahət üçün şərait dövlət tərəfindən təmin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

11 ay yatan heyvan: niyə aylarla oyanmır?

11 ay yatan heyvan: niyə aylarla oyanmır?

Sadır Japarov MDB ölkələrinin liderlərini Qlobal Dağ Sammitinə dəvət etdi

Sadır Japarov MDB ölkələrinin liderlərini Qlobal Dağ Sammitinə dəvət etdi

Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - Foto

Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - Foto

Kukla Teatrında qalmaqal böyüyür - Məhkəmədən Aynurə Əkbərovaya QADAĞA

Kukla Teatrında qalmaqal böyüyür - Məhkəmədən Aynurə Əkbərovaya QADAĞA

Xaçmazda mərmər bağacığı KABUSU – Zərərvericilər məktəb və evlərə DOLDU – FOTO/VİDEO

Xaçmazda mərmər bağacığı KABUSU – Zərərvericilər məktəb və evlərə DOLDU – FOTO/VİDEO

Prokurorluq orqanlarında işləmək istəyən 325 namizəddən 137-si imtahandan keçdi

Prokurorluq orqanlarında işləmək istəyən 325 namizəddən 137-si imtahandan keçdi

108 şəxsin məşğulluğu təmin edilib

108 şəxsin məşğulluğu təmin edilib

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi

Mourinyo 2 futbolçunu "Real"dan göndərir

Mourinyo 2 futbolçunu "Real"dan göndərir

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - Video

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - Video

İt vergisindən 430 milyon qazanıblar

İt vergisindən 430 milyon qazanıblar

Beyləqan məktəbində zəhərlənən şagirdlərin SON DURUMU

Beyləqan məktəbində zəhərlənən şagirdlərin SON DURUMU

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

DİQQƏT! Bakıda bu yol bağlanır

DİQQƏT! Bakıda bu yol bağlanır

Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB - FOTO/VİDEO

Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB - FOTO/VİDEO

Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…

Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər KƏSKİN YÜKSƏLDİ

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər KƏSKİN YÜKSƏLDİ

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

“Bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi”

“Bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi”

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

İlham Əliyev: “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”

İlham Əliyev: “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”

İlham Əliyev Pezeşkianla görüşdü - FOTO/VİDEO

İlham Əliyev Pezeşkianla görüşdü - FOTO/VİDEO

AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

End of content

No more pages to load

RADİO