“Qərara gəldim ki, bütün dünyaya bunu sübut etməliyəm”x9d -FOTOLAR

Moderator.az - ın müsahibi pauerliftinq idman növü üzrə Azərbaycan yığma komandasının fovoriti, 2012-2015-cü illər ərzində dördqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi, beynəlxalq dərəcəli idman ustası Günel Talıbovadır. 

Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur, həmçinin keçirilən hər çempionatda yeni dünya rekordlarını yeniləməsi ilə də fərqlənir. Onun haqqında yerli, eyni zamanda dünya mətbuatında kifayət qədər yazılar dərc olunub, müsahibələri yayımlanıb.

- Günel Talıbovanı öz təqdimatında tanımaq maraqlı olardı. Günel Talıbova kimdir?

- Mən çox vaxt özüm haqda ətrafdakılara təqdimat, ya da məlumat vermirəm, yəni bir növ deyim ki, özümü tərifləməyi, özümdən çox danışmağı sevmirəm. Çünki insanlar bəzən təqdimatı yersiz tərifləməklə səhv salırlar. Təbii ki, təqdimatın vacib olduğunu da unutmuram. Yeri və zamanı gəldikcə özümü təqdim edirəm. İndi də sizin suala cavab olaraq özümü belə təqdim edərdim: Günel Talıbova - ikiqat mütləq dünya çempionu (2012-13), dördqat mütləq Avropa çempionu (2012-13-14-15 - ci illər), üçqat dünya çempionu ((2012-13-14), 52 və 56 kq çəki dərəcəsində dünya və Avropa rekordlarının, eyni zamanda mütləq dünya rekodrlarının sahibidir. Günel Talıbova çox böyük ambisiyalara və çox güclü xarakterə sahib olan bir idmançıdır.

- İdmana gəlişiniz sırf öz marağınızdanmı irəli gəlib, yoxsa ailədə sizə nümunə olacaq amillər olub?


- Bəzən idmana maraq ailədən yaranır. Yəni, ya səni idmana ruhlandıran olur, ya da ailəndən kiminsə yolunu davam etmək istəyirsən. Amma məndə bunların heç biri olmayıb və bildiyim qədər bizim ailədə heç idmançı da yoxdur. Buna baxmayaraq mənim uşaqlıqdan idmana marağım, diqqətim olub, həmçinin də çempion olmaq arzusunda olmuşam. Elə o vaxtdan əmin idim ki, bir gün mütəq uğur qazanacam. Uşaq olsam da özümdə sırf o prespektivi, qələbə qazanmaq hissini duyduğum üçün idmana çox ciddi yanaşmağa başladım. Zaman-zaman idmanın müxtəlif növlərində özümü həvəskar kimi sınadım, amma pauerliftinq idman növü ilə artıq tələbəlik illərindən sonra ciddi və peşəkar səviyyədə məşğul olmağa başladım.

- Pauerliftinq idman növündə çıxış etmək bir xanım idmançı üçün digər idman növlərində çıxış etməkdən hansı fərqlilikləri ilə seçilir?

- İlk növbədə qeyd edim ki, belə bir bölgü ilə razı deyiləm. Çünki şərt idmanın növündə, onun ağır, ya yüngül olmasında deyil. Şərt insanın, idmançının daxili aləmin gücündədi.  Yəni sənin daxilində bir güc varsa sən mütləq seçdiyin idman növündə uğur qazanacaqsan. Ona görə də fərqi yoxdu hansı idman növündə çıxış edirsən, bütün idman növləri özü-özlüyündə onsuz da çox çətindir. Fərqi yoxdu qadın,  yoxsa kişi, sadəcə olaraq “idmançı”x9d anlayışını dərk edib qəbul etməliyik.  Bəlkə o zaman idmana daha fərqli bir münasibətlə yanaşarıq.

- Sırf bu idman növünə meyillənmə hansı yaş dövründən sonra özünü biruzə verdi sizdə?


- Mən 2003-cü ildə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq”x9d fakültəsini bitirdikdən sonra, Asəf Zeynallı adına musiqi kolecinin “vokal”x9d şöbəsinə daxil olmuşam. Oranı bitirdikdən sonra vokalist, yaxud da estrada müğənnisi olmaq iddiasında, konservatoriyaya daxil olmaq fikrində idim. Sonra mən idman zalına yazıldım, bundan sonra pauerliftinq idman növü barəsində eşitdim. Səhv etmirəmsə ilk dəfə 2008-ci ildə yarışda iştirak etdim. 2009-cu ildə həvəskarlar arasında dünya çempionatında qalib gəldikdən sonra anladım ki, mən perspektivli idmançıyam. Qərara gəldim ki, bütün dünyaya bunu sübut etməliyəm. O zaman da mənim artıq 27 yaşım var idi. 2010-cu ildən artıq yüksək nəticələr göstərirəm. İndi mənim 33 yaşım var və idman karyeramın pik  nöqtəsindəyəm. Amma yenə də hər şey irəlidədir.

- Bu idman növünün hansı özəllikləri var ki bu növün idmançısı o zövqü yaşamaq üçün bu cür ağırlığın altına girməyə məmnuniyyətlə razılaşar?

- Bu idman növünün ən böyük üstünlüklərindən biri gözəl idman quruluşuna, görünüşünə malik olmaqdır. Amma mənim üçün bu idman növünün özəllikləri başqadır. Mən gözəllik, görünüş üçün bu idmanı seçməmişəm. Özümdə çox böyük güc hiss etdiyim üçün bu idmana gəlmişəm. Və qeyd edim ki, daha əzmlə məşq edirəm ki, hər kəsə necə güclü və əzmkar olduğumu göstərim.


- Qarşıda duran hədəflərinizdən danışmağınızı istərdik.

- Bu yaxınlarda Riqa şəhərində keçirilən avropa çempionatından dönmüşəm. İki dəfə dünya rekorduna uğurla cəhd etmişəm və dörd il adrıcıl olaraq mütləq avropa çempionu adını qazanmışam. Dekabr ayında isə Moskva şəhərində keçirilən dünya çempionatına dəvət olunmuşam. Iki həftədir ki, hazırlıq məşqlərinə başlamışam. Bir daha mütləq çempion adınını təsdiqləmək üçün əlimdən gələni edəcəm.


- Yeri gəlmişkən, ölkə xaricində olan çempionalara gedəndə yol və digər xərclər hansısa bir qurum tərəfindən qarşılanırmı?

- Mən Bakıda doğulub böyümüşəm və bu idman növü ilə də məşqul olmağa başlayanda da Bakıda yaşayırdım. Amma mənim nəticə göstərməyim üçün lazım olan imkanım yox idi, hətta belə yarışlara gedə bilmirdim. Hər zaman iş axtarışlarında olmuşam, amma uğursuz olub. Bu səbəbdən də mən 2011-ci ildə Moskva şəhərinə köçdüm. 2012-ci ildən artıq yüksək nəticələr göstərməyə başladım. Nəticələri göstərmək və həmçinin yarışlara getməyə lazım olan xərcləri öhdəsindən gəlmək üçün mən hər gün işləmək məcburiyyətindəyəm. Hətta mən öz məşqlərimə lazımi qədər vaxt ayıra bilmirəm. Bəzən elə olur ki, məşq etmək üçün həftədə cəmi bircə gün vaxt olur. Buna baxmayaraq mən üç çəki dərəcəsində dünya rekordlarının sahibiyəm və hər yarışda da bu rekodrları təzələyirəm. Dəfələrlə alltime (tarix boyu ən yüksək nəticə) rekodlarının sahibi olmuşam. Məni Rusiyada pauerliftinq aləmində çox gözəl tanıyırlar və mənə qarşı çox böyük hörmətlə yanaşırlar. Həmçinin məni bir çox ölkələrdə dəstəkləyirlər və tez-tez mənlə bağlı tərifedici məqalələr yazırlar. Amma heç nəyə baxmayaraq bütün bu illər ərzində mən doğma Azərbaycanın bayrağını ən yüksək pilləyə qaldırıram.

- Siz necə düşünürsüz, qeyri olimpiya idman növlərinə bir qədər ögey münasibət var? Bu doğurdanmı belədir?

- Məncə idmançının peşəkarlığı onun hansı idman növü ilə məşqul olması ilə ölçülə bilməz. Əsas öz sahəsində seçilənlərdən olmasıdır. Pauerliftiq sahəsində mən yetərincə nailiyyətlər qazanmışam. İdmanı olimpiya və ya qeyri olimpiya növlərinə bölmək doğru deyil. Hətta deyərdim ki, qeyri olimpiya idman növlərində tanınmaq, irəli getmək daha çətindir. Çünki maddi və mənəvi dəstək çox azdır, ya da ki, yox dərəcəsindədir. Mən bu məqamda ulu öndər Heydər Əliyevon idman haqqında dəyərli fikirlərini xatırladardım: “ İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir. Idman eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhərtini yüksəldən sahələrdən biridir.
Biz müstəqil dövlətik. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir." 

- Sadəcə niyə belə bir idmançıya dövlət, bu sahəyə cavabdeh olan qurum və məmurlar sahib çıxmır? Konkret kimlərə və nə vaxtsa müraciət olunub dəstək üçün?

- Mən bu zamana qədər heç bir kəsə müraciət etməmişəm, çünki mən müraciətləri, şikayətləri sevmirəm. Nəticə göstərmək və Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq üçün əlimdən gələni edirəm. Və çox böyük səbrlə öz vaxtımı gözləyirəm.

- Sonda bir peşəkar idmançı üçün bu növdə özünü sınamağa can atan gənclərə tövsiyyələrinizi eşidək.

- Bu idman növündə özünü sınamaq istəyən gənclərə ən böyük məsləhətim tələsməsinlər, çəkilərin dalınca qaçmasınlar. Hərəkətlərin yerinə yetirilməsi texnikası üzərində çox güclü işləsinlər. Sonra asan olacaq. Əgər özündə real bir güc hiss edirlərsə təslim olmasınlar, öz üzərində əzmlə çalışsınlar. Sonrakı hisslər qələmə veriləsi, sözlə izah ediləsi deyil. Uğur olsun.
“Qərara gəldim ki, bütün dünyaya bunu sübut etməliyəm”x9d <i style=-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8039.jpg">“Qərara gəldim ki, bütün dünyaya bunu sübut etməliyəm”x9d <i style=-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8040.jpg">“Qərara gəldim ki, bütün dünyaya bunu sübut etməliyəm”x9d <i style=-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8041.jpg">“Qərara gəldim ki, bütün dünyaya bunu sübut etməliyəm”x9d <i style=-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8042.jpg">“Qərara gəldim ki, bütün dünyaya bunu sübut etməliyəm”x9d <i style=-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8043.jpg">“Qərara gəldim ki, bütün dünyaya bunu sübut etməliyəm”x9d <i style=-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8044.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

End of content

No more pages to load

RADİO