Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, D qrupunda yarışan millimiz Gürcüstanın qonağı olub.
Tbilisidəki "Yeni Voleybol Arena"sında oynanılan görüş Azərbaycanın 3:0 (25:14, 25:14, 25:7) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan D qrupunda növbəti rəqibi Avstriya olacaq. Oyun avqustun 28-də Bakıda baş tutacaq. Qrupda ilk 2 sıranı tutan komandalar final mərhələsinə yüksələcək.
Bizim.Media