Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında cüdo üzrə keçirilən dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, -55 kq. çəkidə yarışan cüdoçumuz Şahin Oruczadə finala çıxıb.
O, yarımfinalda Gürcüstan təmsilçisi Saba Sabaşviliyə qalib gəlib.
Finalda Şahinin rəqibi fransalı idmançı Dicol Zaçariye olacaq.
Bizim.Media
