"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə bu gün İsveçrədə keçirəcəyi cavab oyununa 8 min bilet satılıb.
Bizim.Media Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ı stadiondan 100-150 azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, “Letsiqrund” stadionundakı matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında ilk oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media