O ən bahalı oldu...

Dünyanın məşhur futbol komandalarından olan «Barcelona» «Atletico»nun (Madrid) türk futbolçusu Arda Turanı aldı. 


«Barcelona»nın rəsmi internet saytı bildirir ki, komanda Arda Turan üçün illik 7 milyon avro olmaqla 5 illik müqavilə imzalayıb. Bunun üçün 34 milyon avro ödəyib. 

Moderator.az azadliq.org-a istinadən xəbər verir ki, Arda Türkiyənin ən bahalı transferi olub. Arda Turanın meneceri Ahmet Bulut müqavilə haqqında bunları deyib: «Arda dünyanın ən böyük komandasına transfer oldu. İndi İstanbuldayıq. Arda da çox sevinir. Çix inanılmaz hisslərdir. Arda Türkiyənin ən bahalı transferi oldu».

«Barcelona» Arda Turanı transfer etdiyini onun «Barcelona» forması geymiş şəkli ilə Twitter  hesabından türkcə «Xoş gəldin, Arda» yazısı ilə elan edib.

«Barcelona»nın rəsmi sayt Ardanı tanıdarkən yazır ki, bu futbolçu İstanbulun «Galatasaray» komandasında parlayıb, «Atletico»nun  uğurlarında əsas açar olub. «İndi də orta xətdəki uğurunu və gücünü göstərmək üçün Barsaya gəlir».

Müqaviləyə görə, «Barcelona» Arda Turan üçün «Atletico»ya 34 milyon avro ödəyəcək. Əgər gələn mövsüm Barcelona Çempionlar Liqasında dörddə bir finala,  ya da yarımfinala çıxarsa, liqada çempion adını qazanarsa, əlavə daha 7 milyon avro ödəyəcək.

Əvvəl «Galatasaray» komandasında oynadığı üçün komanda bu transferdən 2 milyon 50 min avro yetişdirmə qarşılığı alacaq.

Əlvida sehrbaz

«Atletico» Ardaya vida mesajında yazır: «Unudulmayacaq 4 ili birlikdə keçirdik. Əlvida sehrbaz. Təşəkkürlər, Arda».

2013-cü ilin aprelində Arda Turan  Â«Atletico» komandası ilə birlikdə Bakıda olub. «Atletico» həmin vaxt «Bakı» futbol klubu ilə yoldaşlıq oyunu keçirmişdi. Həmin vaxt «Atletico»nu İlham Əliyevə qəbul edəndə Arda Turan komandasının 10 nömrəli formasını İlham Əliyevə hədiyyə etmişdi.

Kiçik «Bayrampaşa»dan nəhəng «Barcelona»ya qədər

Arda Turanın futbol karyerası İstanbulun «Bayrampaşa» komandasında başlayıb.

1999-cu ildə «Bayrampaşa»da oynadığı vaxt «Galatasaray»ın seçimlərində iştirak edib və «sarı-qırmızı»lı olub. 2006-cı ildə Manisaspor komandasında yarım sezon oynayıb. Bundan sonra yenidən «Galatasaray»a qayıdıb. Bu komanda da  kapitanlığa qədər yüksəlib. Türkiyə milli yığmasının əsas üzvlərindən olub.

2011-ci ilin yayında «Atletico»dan transfer təklifi aldı. 12 milyon 500 min avro qarşlığında İspaniyaya getdi. İyulun 5-də isə Türkiyə futbolunun ən bahalı futbolçusu adını da aldı.

«Barcelo»nanın ən dörd bahalı futbolçusundan biri

Arda «Barcelo»nanın ən dörd bahalı futbolçularından oldu. Komanda Neymar üçün 83 milyon 500 min,  Luis Suarez üçün 81 milyon, İbrahimovic üçün 69 milyon 500 min avro ödəmişdi.

Bundan əvvəl Arda «Barcelona»da oynamaq arzusunu «Messiyə pas atmaq pis olmazdı» deməklə bildirmişdi. İndi arzusunu həyata keçirə biləcək.

4 il əvvəl «Atletico»ya keçəndə «Real» və «Barcelona» böyük komandalardı, ancaq onlar da insandır» deyəndə İsapaniya jurnalistləri ona gülmüşdü.

İndi Arda Turan «Barcelo»nada Messi, Neymar və Luis Suarez ilə birlikdə «Barcelona» forması geyinəcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azanı qadağan etməyə hazırlaşırlar

Azanı qadağan etməyə hazırlaşırlar

GÜNÜN HAVASI: Leysan, dolu...

GÜNÜN HAVASI: Leysan, dolu...

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

End of content

No more pages to load

RADİO