Türkiyənin "Fenerbahçe” klubundan ayrılan Mesut Özilin yeni klubu bəlli olub.
Bizim.Media "TRT Spor"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Başakşehir"lə anlaşıb.
Təcrübəli oyunçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, klub iyulun 11-də təcrübəli futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Bizim.Media