"Turan Tovuz" heyətinə yeni futbolçu qatıb.
Bizim.Media bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortianı transfer edib. 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın da formasını geyinib.
O, son mövsümdə “Dila”nın heyətində 20 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media
