Ekvadorun "İndependyente del Valye" klubunun futbolçusu Fernando Qaybor meydanın özlərinə aid hissəsindən baxımlı qol vurub.
Bizim.Media “Eluniverso” nəşrinə istinadən xəbər verir ki, bu, Qayborun komandasının "Kumbaya"ya 2:0 hesabı ilə qalib gəldiyi ölkə çempionatı matçında baş verib.
90+4-cü dəqiqədə rəqib qapıçının önə çıxdığını görən 31 yaşlı yarımmüdafiəçi topa zərbə endirib. Nəticədə 70,9 metr məsafədən qol qeydə alınıb.
Bu, Ekvador futbolunda yeni rekorddur.
Bizim.Media