Ötən gün Rusiya Superkubokunun qalibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, həlledici matçda Rusiya Superliqasının son qalibi "Zenit" və Rusiya kubokunun son qalibi "Spartak" qarşılaşıb.
4:0 hesablı qələbə qazanan "Zenit" ardıcıl 3-cü, tarixində isə 7-ci dəfə Superkubokun qalibi olub.
Qollar: Sergeyev, 29, Malkom, 34, Vendel, 46, Kasserra, 90+3.
Bizim.Media