Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya Super Kuboku matçında oynamayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç məlumat yayıb.
“Sabah Split “Hayduk”u ilə keçiriləcək həlledici qarşılaşmada zədədən bir müddət əvvəl qayıdan Emreli iştirak etməyəcək. 25 yaşlı forvardla yanaşı, müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo və yarımmüdafiəçi Marko Bulat da qarşılaşmanın iştirak ərizəsinə salınmayacaq” –d eyə məlumatda qeyd edilib.
Bizim.Media