"Beşiktaş" növbəti transferini rəsmiləşdirib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Everton"dan ayrılan Cenk Tosunu heyətinə qatıb.
Türkiyə millisinin hücumçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, C.Tosun 2014-2018-ci illərdə “Beşiktaş”da oynayıb.
Bizim.Media