Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün növbəti yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Xorvatiyanın son çempionu Slovakiyanın yüksək liqa təmsilçisi "Spartak" (Trnava) klubu ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.
Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və 88-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.
Qeyd edək ki, bu gün 25 yaşı tamam olan Emreli bundan əvvəl Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə oyunda da (3:0) 1 qol vurmuşdu.
Bizim.Media