"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, "dənizçilər" argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.
"Səbail" 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, son olaraq Kiprin "Etnikos" klubunda çıxış edən təcrübəli oyunçu ölkəsində "Boka Xuniors", "Oll Boyz", Bolqarıstanda "Levski" (Sofiya) komandalarının da formasını geyinib.
Bizim.Media