Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan "İddiaçılar Turniri"ndə növbəti görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, turnirin 10-cu turunda T. Rəcəbov rusiyalı qrossmeyster Yan Nepomnyaççi ilə qarşılaşıb.
Oyunun 37-ci gedişində tərəflər heç-heçəyə razılaşaraq aktivlərinə 0,5 xal yazıblar.
Qeyd edək ki, "İddiaçılar Turniri"nə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.
Bizim.Media