Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.
"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.
Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.
Bizim.Media