Yasamal rayonu, Bünyad Sərdarov küçəsində yol qəzalı vəziyyətə düşüb və nəqliyyatın gediş-gəlişi üçün çətinlik yaranıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, hər gün istifadə etdiyi həmin yolda nəqliyyatən sıxlığı müşahidə olunur.
Sakinlərin sözlərinə görə, sözügedən ərazidə yol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bağlanıb. (Oxu.az)
Bizim.Media