UEFA Millətlər Liqasının Belarus – Azərbaycan matçı azarkeşsiz keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Serbiyanın “novosti.rs” saytında yerləşdirilib.
Mənbə yazır ki, bu, UEFA-nın qərarına əsaslanır.
Belə ki, Belarusun Serbiyada Slovakiya (3 iyun), Azərbaycan (6 iyun) və Qazaxıstana (10 iyun) qarşı keçirəcəyi oyunlara azarkeş buraxılmayacaq.
Qeyd edək ki, UEFA-nın qərarının hansı səbəbdən verildiyi açıqlanmır.
Bizim.Media