“Düşünürəm ki, bunların hamısı nəticə verəcək” - Gənclər və idman naziri

Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışının qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında keçirilən yarışın qızıl medalçısı çexiyalı Liptak Jiri olub.

Bizim.Media xəbər verir ki, stend atıcılığının bugünkü final yarışını Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Bakı Atıcılıq Mərkəzində izləyib.

Nazir qaliblərə medalları təqdim edib.

“Hazırda burada 66 ölkədən 700-dən artıq idmançı iştirak edir. Bu da dünya kuboku üçün böyük rəqəmdir. Bu turnir Azərbaycanın böyük yarışları qəbul edə bildiyinin sübutudur”,- nazir jurnalistlərə açıqlamasında bildirib.

Yarışların ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir əlavə edib:

“Bu idman növündə bizim adət-ənənələrimiz var. Sadəcə, bunu geri qaytarıb, inkişaf etmək lazımdır. Bunun üçün işlər görülür. Federasiya bu məsələrlə bağlı çalışır. Biz də bunu görürük”.

Daha sonra gənclər və idman naziri komandamızın nəticələrinə də toxunub:

“Bilirsiniz ki, Ruslan Lunyov bu il çox yaxşı nəticələr əldə edib. Amma doğma meydanda həyacanlıdır. Onun hələ də medal qazanmaq üçün şansı var. İnanıram ki, bu il də onun üçün uğurlu olacaq. Ümumiyyətlə, digər idmançılarımız da müəyyən çətinlik dövründən sonra yaxşı nəticələr əldə edəcəklər. Komandamızın heyətində gənc atıcılarımız var. Yenə qeyd edirəm ki, bizdə atıcılıqla bağlı adət-ənənə var. Ən əsası da düzgün idarəçilik var. Düşünürəm ki, bunların hamısı nəticə verəcək”.

Özünün atıcılığa marağı ilə bağlı suala isə nazir Fərid Qayıbov belə cavab verib:

“Mənim gözüm bir az pis görür. Məndə heç vaxt atıcılıq alınmayıb (gülür). Bizim məktəbdə bu idman növü üçün şərait var idi. Özümü Qəbələdə 1-2 dəfə stend atıcılığında yoxlamışam. Bir neçə dəqiq atışım olub”.

Nazir idmançıların Bakı Atıcılıq Mərkəzininin dünya standartlarından üstün qiymətləndirməsini Azərbaycan idmanı üçün yüksək göstərici hesab etdiyini bildirib:

“Bilirsiniz ki, burda ilk Avropa oyunları keçirildi. Həmin hadisə Azərbaycan üçün böyük nəticə idi. Oyunlar üçün fərqli məkanlar lazım idi. Yeni idman mərkəzləri tikildi. Mövcüd məkanlar təmir olundu. Bu gün Azərbaycana ancaq dünya kubokunda iştirak etmək üçün gəlmirlər. Bakı Atıcılıq Mərkəzinə dünyanın müxtəlif ölkələrindən təlim-məşq toplanışına gələnlər də var. Təbii ki, bu, iqtisadi cəhətdən də bizim üçün yaxşıdır. Həm də azərbaycanlılar digər ölkənin atletləri ilə birgə məşq edirlər. Bundan əlavə, xariclərdən nəsə öyrənirlər”.

Gənclər və idman naziri Azərbaycanın gözəl idman məkanları - gimnastika, su idmanı sarayı olduğunu bildirib, belə məkanların təkcə Bakıda deyil, bölgələrdə də olduğunu, Azərbaycanın bölgələrində də beynəlxalq səviyyəli yarışlar keçirməyin mümkünlüyünü vurğulayıb.

“Təlim-məşq toplanışları üçün də Azərbaycan yaxşı yerdir. Dağlıq ərazilərimiz, dənizimiz var. Bir sözlə, Azərbaycanda idman üçün hər cür şərait var. İnşallah, nəticələrimiz də buna uyğun olacaq”, - gənclər və idman naziri Fərid Qayıbov deyib.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

Makaronun süzdükdən sonra suyunu tökməyin

Makaronun süzdükdən sonra suyunu tökməyin

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Baş nazir ev işlərindən şikayətləndi

Baş nazir ev işlərindən şikayətləndi

İcbari sığorta haqları artırılacaq?

İcbari sığorta haqları artırılacaq?

Siçan üçün qoyduqları tələyə ilan düşdü – VİDEO

Siçan üçün qoyduqları tələyə ilan düşdü – VİDEO

Azərbaycanda gənclər daha gec evlənir - Orta nikah yaşı AÇIQLANDI

Azərbaycanda gənclər daha gec evlənir - Orta nikah yaşı AÇIQLANDI

MN-in bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoydu - MƏHKƏMƏ

MN-in bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoydu - MƏHKƏMƏ

İsxak Hersoq: “İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib”

İsxak Hersoq: “İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib”

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO

Liderlərin AQEM zirvəsindən öncə səmimi söhbəti – VİDEO

Liderlərin AQEM zirvəsindən öncə səmimi söhbəti – VİDEO

Son dövrlər Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

Son dövrlər Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

İrəvandakı COP17 konfransında Azərbaycan iştirak edəcəkmi? – Paşinyandan açıqlama

İrəvandakı COP17 konfransında Azərbaycan iştirak edəcəkmi? – Paşinyandan açıqlama

Ölkəmizdə bir ildə 12 minə yaxın nikahdankənar uşaq DOĞULUB

Ölkəmizdə bir ildə 12 minə yaxın nikahdankənar uşaq DOĞULUB

Emoməli Rəhmon Azərbaycana təşəkkür etdi

Emoməli Rəhmon Azərbaycana təşəkkür etdi

Şavkat Mirziyoyevdən SÜLH ÇAĞIRIŞI

Şavkat Mirziyoyevdən SÜLH ÇAĞIRIŞI

Sabah hava çiskinli olacaq

Sabah hava çiskinli olacaq

Navai barəsində HƏBS QƏRARI verildi

Navai barəsində HƏBS QƏRARI verildi

Kəndlərdə, yoxsa şəhərlərdə doğulan uşaqların sayı DAHA ÇOXDUR?

Kəndlərdə, yoxsa şəhərlərdə doğulan uşaqların sayı DAHA ÇOXDUR?

Tokayev: “BTC ilə Qazaxıstan neftinin tədarükü artırılacaq”

Tokayev: “BTC ilə Qazaxıstan neftinin tədarükü artırılacaq”

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

Prezident: "Xalqımızın əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik"

Prezident: "Xalqımızın əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik"

End of content

No more pages to load

RADİO