FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Rusiyada işguzar səfərdədir.
Bizim.Media xəbər verir ki, bu barədə E.Məmmədov sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, Moskvada keçirilən Rusiya Futbol İttifaqının konqresində iştirak edib.
“Sizə FİFA prezidenti Canni İnfantino və baş katib Fatma Samuradan ən xoş arzuları çatdırmaq istərdim. 2018-ci ildə Rusiyadakı dünya çempionatı hamımızın yadındadır. Bu, möhtəşəm tədbir, əla təşkilatçılıq idi. Bütün bunlar hamımızda xoş və isti təəssüratlar yaratdı. Mövcud vəziyyəti nəzərə alaraq, FİFA adından vəziyyətin tezliklə həllini arzulayıram ki, yaxın gələcəkdə beynəlxalq arenada Rusiya futbolunu yenidən görə bilək”.
Bizim.Media