PSG-nin hücumçusu Neymar yay transfer pəncərəsində klubu tərk edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa nəşrləri məlumat yayıb.
Qeyd olunur ki, komandanın digər hücumçusu Killian Mbappe Neymarın komandadan getməsini istəyir.
Yayılan məlumata görə futbolçuların arasındaki münasibət pozulub. PSG Mbappenin istəyi ilə Neymarı satmağa razıdır, lakin braziliyalı futbolçunun aldığı yüksək maaş buna mane olur.
Bizim.Media