Futbol üzrə Belarus yığması UEFA Millətlər Liqasının oyunlarına yeni formalarla çıxacaq.
Bizim.Media xəbər verir ki, yerli federasiya rəsmi “Twitter”də komandanın 2022 - 2026-cı illərdə istifadə edəcəyi geyim dəstlərini təqdim edib.
Qeyd edək ki, Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq.
Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.
UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.
Bizim.Media

