“Səbail” baş məşqçi Aftandil Hacıyevlə yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Bildirilir ki, klub ilə əməkdaşlığın dayandırılmasına dair qarşılıqlı razılıq əldə edib. “Klub adından Aftandil müəllimə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!” - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bugünlərdə “Səbail”lə Hacıyev 1 illik yeni müqavilə imzalamışdı. İstefanın səbəbləri haqda tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb.
Bizim.Media