UEFA Millətlər Liqası çərçivəsində iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakı şəhərində təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, toplanışın mayın 29-da başlayacaq növbəti mərhələsində iştirak edəcək heyətlə bağlı əlavə məlumat veriləcək.

Bizim.Media