21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Küveytin 23 yaşadək oyunçulardan ibarət komandası ilə yoldaşlıq oyunu təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat AFFA-nın rəsmi saytında yerləşdirilib. Bildirilib ki, buna rəqibin Bakıya səfərinin baş tutmaması səbəb olub.
Qeyd edək ki, qarşılaşma mayın 26-da gerçəkləşməli idi.
Bizim.Media