Fransanın "Pari Sen-Jermen" klubu hücumçusu Kilian Mbappe ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın "Twitter" səhifəsində bildirilib.
Məlumata əsasən, 23 yaşlı hücumçu ilə müqavilə 2025-ci ilin yayına qədər artırılıb.
Xatırladaq ki, futbolçunu İspaniyanın “Real Madrid” klubu transfer etməyə çalışırdı.
Bizim.Media